Icma.az
close
up
RU
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub

Deportasiyadan bəhs edən kitabın təqdimatı olub

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Oktyabrın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (Akademiklər zalı) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsinin yekun tədbiri keçirilib. Tədbir çərçivəsində tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” kitabının təqdimatı olub.
Reyting.az
xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb və Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən kitabın baş məsləhətçisi, ADPU-nin prorektoru, Milli Məclis yanında Toponimiya Komissiyasının üzvü, professor Mahirə Hüseynova bildirib ki, Qərbi Azərbaycana qayıdış prosesində deportasiyaya məruz qalmış həmvətənlərin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılması vacibdir. O, Səməd Vəkilovun əvvəlki kitabları ilə yanaşı bu layihənin də uğurla həyata keçirildiyini və bu tədqiqatların xarici dillərdə də nəşr olunmasının əhəmiyyətini vurğulayıb.

Kitabın elmi redaktoru, Dövlət mükafatı laureatı Nazim Mustafa əsərin önəmindən danışaraq müəllifin deportasiyaya məruz qalmış şəxslərin şəxsi hekayələrini toplamasının və həmin sənədləri kitabda təqdim etməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, layihənin QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilməsini alqışlayaraq bu tədqiqatların gələcək nəsillərə və qayıdış prosesinə töhfə olduğunu qeyd edib. Kitabın hazırda Prezident Kitabxanasının saytında yerləşməsi geniş oxucu kütləsinə çatdırılması baxımından vacib sayılıb.

Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov QHT-lər tərəfindən bu tip layihələrin cəmiyyət üçün faydalı olduğunu və tarixi biliklərin yayılmasına xidmət etdiyini vurğulayıb. O, köçürülmüş əhalinin tarixi torpaqlarla bağlı məlumatlarının və onların hazırda yaşadığı ərazilərin vəziyyətinin kitabda ətraflı təqdim olunduğunu qeyd edib. Deputat bildirib ki, bu işlər Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılması və tarixi torpaqlara qayıdışın təmin olunması baxımından önəmlidir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında bildirib ki, Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpaqlarıdır və azərbaycanlılara qarşı tarix boyu soyqırımlar, deportasiyalar və ədalətsizliklər törədilib. Kitab yalnız tarixi faktları sənədləşdirmir, həm də ermənilərin törətdiyi cinayətlər barədə dünya ictimaiyyətinə məlumat çatdırır və azərbaycanlıların yaşadığı fəlakətləri gələcək nəsillərə çatdırmaq baxımından böyük əhəmiyyət daşıyır. Deputat əsərin müxtəlif dillərdə nəşr olunmasının vacibliyini vurğulayıb.

Professor İbrahim Bayramov çıxışında bildirib ki, kitab Prezidentin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycanla bağlı çıxışından doğmuşdur və Qərbi azərbaycanlıların deportasiyası ilə bağlı hadisələri SSRİ məkanında faktlarla təqdim edir. Kitabda İrəvan və digər bölgələrdən köçürülən insanların ağır həyatı, hüquqi sənədlərlə təsdiqlənmiş faktlar və müxtəlif bölgələrə dair məlumatlar əks olunub. Professor Nazim Mustafa və Mahirə Hüseynovanın elmi redaktorluğu ilə hazırlanmış əsər canlı faktlar və şahid danışıqla təqdim olunduğu üçün nəzəri kitablardan daha inandırıcıdır.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, kitab tarixi ədalətin, milli və hüquqi yaddaşın bərpası baxımından böyük əhəmiyyət daşıyır. Əsər məcburi köçürülmələrin insan taleləri və hüquqi ziddiyyətlərini fundamental şəkildə tədqiq edir, həm tarixi, həm də hüquqi baxımdan dərin təhlil təqdim edir. Nuriyev kitabın müxtəlif dillərə tərcümə edilərək dünya kitabxanalarına və elm mərkəzlərinə göndərilməsini tövsiyə edib.

Tədbirdə Hollandiyadan Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri, “Xudafərin” jurnalının baş redaktoru Elman Mustafazadə Qərbi Azərbaycan platformasının inkişafının və tarixi həqiqətlərin yayılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Qərbi Azərbaycan faktoru Ermənistandakı revanşist qüvvələrin ən gözəl cavabıdırş

Müvəkkil Hüquq Mərkəzinin sədri və kitabın müəllifi Səməd Vəkilov çıxış edərək layihə çərçivəsində televiziya verilişləri hazırlanmasını və deportasiyanın tarixi və hüquqi aspektlərini əks etdirən kitabın nəşr olunduğunu bildirib. O, bu tədqiqatların Qərbi Azərbaycana qayıdışın mümkünlüyü üçün əsas yaratdığını qeyd edib.
Tədbirdə həmçinin Hollandiya, Kanada, Rusiya və Macarıstandan gələn qonaqlar, Azərbaycan elmi və ictimaiyyətindən professorlar və deputatlar iştirak edib. Prezident Kitabxanasının direktoru professor Afət Seyidzadə də tədbirdə çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Oktyabr 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri