Icma.az
close
up
RU
“79 yaşlı zadəgan iki varis üçün həyat yoldaşı axtarır: şok tələblər və gizli motivlər“ “Daily Mail“

“79 yaşlı zadəgan iki varis üçün həyat yoldaşı axtarır: şok tələblər və gizli motivlər“ “Daily Mail“

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Onun qeyri-adi tələbləri ictimaiyyətdə təəccüb və narazılıq doğurur..."

Britaniyanın Sомерсет qraflığında yaşayan 79 yaşlı zadəgan, ser Ben­camin Sley­d özünün XIII əsrə aid Maunsel-Haus malikanəsində qəribə və bir o qədər də mübahisəli "gəlin axtarışı" elan edib. 

Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.

Titulu davam etdirmək və vergidən yayınmaq arzusu

Nəşr yazır ki, onun məqsədi sadədir: gənc bir qadın tapmaq, malikanəni idarə etməsini tapşırmaq və ondan iki oğul varis dünyaya gətirməsini istəmək. Açıq şəkildə paylaşdığı tələblər isə sosial mediada həm gülüş, həm də təəssüf hissi doğurub. Sley­d özü isə bu layihənin tamamilə real olduğunda israrlıdır və iddia edir ki, beləliklə 40 faizlik miras vergisini də "ağıllı yollarla" keçmək mümkün olacaq. Zadəgan özünü "daşınmaz əmlak baxımından zəngin, real vədait baxımından kasıb" adlandırır. Çünki qədim malikanənin saxlanması ona milyonlarla funt sterlinqə başa gəlir.

Silah icazəsi, mümkün qədər uzunboy və "iki varis doğa bilmək" tələbi

Ser Sleydin tələblər siyahısı bir növ "şərtlər kataloqudur". O, arzuladığı qadını "Good Breeder" - "yaxşı çoxalma potensialı olan" kimi təsvir edir. Gələcək həyat yoldaşının ondan ən azı 20 yaş gənc olması, 1,67 metrdən hündürboy olması, "oğlan uşaqları doğmaq potensialına" malik olması, 5000 akrdan böyük ərazini idarə edə bilməsi, lüks toylara nəzarət etməsi, sürücülük və ov tüfəngi lisenziyası olması, mümkünsə helikopter sürə bilməsi tələb olunur.

Siyahının rədd maddələri daha da təəccüblüdür. Sleyd kommunistləri, "Guardian" oxuyanları, lesbiyanları, Şotlandiya mənşəli qadınları, Əqrəb bürcündə olanları qəti şəkildə istisna edir. Amma ən böyük müzakirə doğuran şərti "İ" hərfi ilə başlayan ölkələrdən gələn qadınlara veto" qoymasıdır. Bu, texniki olaraq İtaliya, İrlandiya, Hindistan (ingiliscə İndia), İran, İraq, İslandiya və İsrail qadınlarının avtomatik rədd edilməsi deməkdir. Üstəlik, bayrağında yaşıl rəng olan ölkələrin nümayəndələrinə də qadağa qoyub.

Lüks həyat vəd edilir, amma arxa planda ağır reallıq gizlənir

Ser Ben­camin gələcək "gəlininə" ildə 50 min funt "cib xərci", qədim malikanədə həyat və "aristokrat komfortu" söz verir. Lakin əsl mənzərə bunun tam əksi ola bilər: malikanə daim maliyyə itkiləri yaradır, zadəgan onu otel şəbəkəsinə icarəyə vermək üçün danışıqlar aparır, qadın özünü turist obyektində yaşayan inzibatçı, eyni zamanda iki varisin təkbaşına anası kimi tapa bilər.

Öz tələblərini izah edərkən Sleydin cavabı da qalmaqallı olub: "Bilirəm, dəhşətli səslənir, amma yeni maşın alanda heç kim çürük maşın istəmir". Onun şəxsi həyatında da kifayət qədər qalmaqal var. Sleydin bir qızı olduğu məlum olsa da, o, qızını heç vaxt görməyib və vaxtilə onun anası ilə toy tarixindən az əvvəl nikahı ləğv edib. Səbəbi də qız uşağı istəməməsi olub - yalnız varis oğlan istəyib.

2019-cu ildə isə iki hamilə işçini qanunsuz şəkildə işdən çıxardığı üçün məhkəmədə uduzub və 180 min funt təzminat ödəməyə məcbur edilib. Ən maraqlısı budur ki, bütün bu şərtlərə baxmayaraq, Sleydin malikanəsi hələ də "kraliçasız", özü isə varissiz qalıb. Bu isə onun qeyri-adi layihəsini daha da sual altına salır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2025 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri