Icma.az
close
up
RU
Depressiyadan xilas olmağın yolu: Bu qidaları yeyin

Depressiyadan xilas olmağın yolu: Bu qidaları yeyin

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Alimlər kalium çatışmazlığının depressiya ilə əlaqəsini üzə çıxarıblar.

Nyu-York Texnologiya İnstitutunun alimləri ABŞ və Koreyada 22 mindən çox insanın qidalanma rasionunu təhlil ediblər. Araşdırma nəticəsində məlum olub ki, kifayət qədər kalium qəbul edən insanların depressiyadan əziyyət çəkmə ehtimalı daha aşağıdır. Əksinə, bu mineralın çatışmazlığı əhvalın pisləşməsi və psixi pozğunluqlar riskini artırır.

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Kaliumun əhəmiyyəti

Mütəxəssislərin sözlərinə görə, kalium sinir sisteminin normal fəaliyyəti və serotonin, dopamin kimi neyrotransmitterlərin yaranması üçün vacibdir. Klivlend klinikasının dietoloqu Culiya Zumpano qeyd edib ki, kalium çatışmazlığı orqanizmin elektrik sistemini pozur və bu da depressiyaya yol aça bilər.

Hansı məhsullarda var?

Həkimlər gündəlik rasiona banan, avokado, pomidor və ispanaq əlavə etməyi məsləhət görürlər. Məsələn, 7 banan, 3 avokado və ya 13 orta ölçülü pomidor gündəlik təxminən 2,6 qram kalium təmin edir. Bu isə orta norma hesab olunur.

Kaliumu qidadan kifayət qədər almayan şəxslər üçün əlavələr mövcuddur, lakin onların çox istifadəsi böyrəklərdə problem və hiperkaliumiya yarada bilər.

Tədqiqat həmçinin göstərib ki, ABŞ-da dəmir və sinkin yüksək səviyyəsi depressiya riskini azaldır. Koreyada isə natrium və fosforun yüksək qəbulu müsbət təsir göstərib. Maqnezium və kalsiumun isə əhval-ruhiyyəyə ciddi təsiri aşkarlanmayıb.

Dietoloq Ebbi Sharp bildirib ki, bitki mənşəli və süd məhsulları kalium səviyyəsini normada saxlamağa, həmçinin yüksək dərəcədə emal olunmuş qidaların istehlakını azaltmağa kömək edir. Bu, təzyiqin və iltihabi proseslərin azalmasına, ümumi psixi vəziyyətin yaxşılaşmasına şərait yaradır.

Dəmir çatışmazlığı hələ də ciddi problemdir

Ekspertlər həmçinin xatırladıblar ki, dəmir çatışmazlığı dünyada ən geniş yayılmış mikroelement çatışmazlığıdır. Təxminən 2 milyard insan bu problemdən əziyyət çəkir. Xüsusilə uşaqlar və reproduktiv yaşda olan qadınlarda, hamiləlik dövründə daha çox rast gəlinir.

Dəmir orqanizmdə hemoglobinin sintezində və oksigenin toxumalara daşınmasında əsas rol oynayır. Onun çatışmazlığı tez-tez yorğunluq, üşütmə və digər narahatlıqlarla müşahidə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Avqust 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri