Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Deputat 200 balla universitetə qəbula qarşı

Deputat 200 balla universitetə qəbula qarşı

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Ceyhun Məmmədov: “300 baldan aşağı nəticə göstərən abituriyentin universitetə qəbul olunması doğru deyil”

Bəzi universitetlərdə dövlət sifarişli müəyyən ixtisaslar üzrə qəbul balları 200 civarındadır. Bildirilir ki, İdman Akademiyasında, İlahiyyat İnstitutunda, Sumqayıt Dövlət Universitetində, həmçinin Qərbi Kaspi və Odlar Yurdu, Biznes universitetlərində də bəzi ixtisasların keçid balları 200 civarındadır.

Tribunainfo.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, ali təhsil müəssisələrinə 1309 plan yeri artırılıb. Onun sözlərinə görə, qərar daha çox tələbənin universitet təhsili almağa şans əldə etməsinə imkan yaradacaq. Ekspertlərə görə, ən azı 5 min abituriyent öz arzularına çata biləcək. Bu isə o deməkdir ki, ballar ötən ilə nisbətən müəyyən qədər aşağı düşəcək. Bu, bütün ixtisasları əhatə etməyəcək, amma ümumilikdə 5 min nəfərin universiteti qazanması ümidverici haldır.

Millət vəkili Ceyhun Məmmədov  “Yeni Müsavat”a deyib ki, qəbul ballarının aşağı salınması düzgün yanaşma hesab etmir: “Ümumilikdə, mən 200 balla  tələbənin universitetə qəbul olunmasını doğru hesab etmirəm. Çünki belə tələbələr təhsil və tədris prosesində özlərini doğrultmurlar. Bu tendensiyaya artıq son qoymalıyıq. Bəzən cəmiyyət daxilində belə fikirlər səsləndirilir ki, guya qəbul prosesi asanlaşdırılmalıdır. Lakin qəbulu asanlaşdırmaq əslində qapını hər kəsin üzünə açmaq deməkdir. Hər bir tələbənin təhsil haqqı və dövlətin onun üzərində xərclədiyi vəsait var. Buna görə də hesab edirəm ki, balların aşağı salınması təcrübəsindən imtina edilməli, əksinə, keçid balları artırılmalıdır. 200 bal kolleclərə qəbul üçün uyğun ola bilər, lakin universitet üçün bu göstərici olduqca aşağıdır. Bunun mənfi təsirlərini və nəticələrini tədris prosesində də müşahidə edirik. Növbəti mərhələdə bu həddi mərhələli şəkildə artırmalı və minimum 250-300 bala çatdırmalıyıq. Ümumiyyətlə, 300 baldan aşağı nəticə göstərən abituriyentin universitetə qəbul olunması doğru deyil.

Hazırkı vəziyyətdə bir çox tələbə düşünür ki, 200 bal toplamaq o qədər də çətin deyil. Bu səbəbdən də ciddi şəkildə hazırlaşmağa ehtiyac duymur və nəticədə ali təhsil müəssisəsinə nisbətən asan yolla qəbul olunur. Biz bu təcrübəni nəzərə alaraq daha diqqətli və məsuliyyətli yanaşma sərgiləməliyik”.

Təhsil eksperti Kamran Əsədov bəzi ixtisaslar üzrə ali məktəblərə qəbul ballarının 200 civarında qalmasının cəmiyyətdə yanlış anlaşıldığını deyir: “Elə təqdim olunur ki, guya həmin ixtisaslar əmək bazarında əhəmiyyətsiz, sosial nüfuzu zəif və ya perspektivsiz sahələrdir. Halbuki ali təhsilin məqsədi təkcə yüksək bal toplamış abituriyentləri seçmək deyil, ölkənin gələcək sosial-iqtisadi inkişaf ehtiyaclarına cavab verəcək kadr potensialını formalaşdırmaqdır. Keçid balları yalnız tələbə seçimində tətbiq olunan texniki meyardır, ixtisasın strateji dəyərini və ya gələcək əmək bazarındakı əhəmiyyətini müəyyənləşdirmir”.

Kamran Əsədov qeyd edir ki, keçid ballarının aşağı olması bir neçə amillə bağlıdır: “Birincisi, abituriyentlərin bu sahələrə marağının az olması; ikincisi, cəmiyyətin ixtisaslar arasında verdiyi prestij fərqliliyi; üçüncüsü isə əmək bazarının bu sahələrə qarşı sərt və ya zəif tələbi. Məsələn, fizika müəllimliyi və ya kənd təsərrüfatı ixtisasları üzrə əməkhaqqı aşağı olduğundan, bu sahələr abituriyent üçün cəlbedici olmur. Lakin bu, ixtisasın dəyərini müəyyən etmir. Əksinə, bu aşağı maraq və tələb gələcəkdə həmin sahələrdə peşəkar çatışmazlığına səbəb ola bilər. Plan yerlərinin artırılması ilə paralel olaraq balların müəyyən sahələr üzrə aşağı düşəcəyi gözlənilir, bu isə bir tərəfdən ali təhsilin demokratikləşməsi (çoxlarının daxil ola bilməsi), digər tərəfdən isə keyfiyyət riskləri yarada bilər. Qəbul planı genişləndikcə, zəif hazırlıqlı abituriyentlərin də universitetlərə qəbul olması ehtimalı artır. Bu isə təhsil prosesində əlavə dəstək mexanizmlərinin – akademik yazı bacarığı, riyazi savadlılıq, universitetə adaptasiya proqramlarının tətbiqini zəruri edir”.

Ekspert dedi ki, ali təhsildə qəbul planının genişlənməsi qısa müddətdə sosial-iqtisadi baxımdan pozitiv görünə bilər: “Amma bu artım keyfiyyət, dayanıqlı maliyyələşmə və əmək bazarı uyğunluğu baxımından sistemli yanaşma tələb edir. Keçid ballarının aşağı olması ixtisasın əhəmiyyətsizliyindən yox, cəmiyyətin maraq meyarlarının qeyri-bərabərliyindən irəli gəlir. Ona görə də təhsil siyasəti bu ixtisaslara olan tələbi artırmaq üçün tələbə təqaüdləri, məzun məşğulluq zəmanətləri və peşə nüfuzu proqramları kimi təşviqlər tətbiq etməlidir. Əgər bu sahələrdə strateji planlaşdırma aparılarsa, həm keyfiyyətli insan kapitalı formalaşar, həm də ali təhsilin əmək bazarına real töhfəsi artar. Əks halda, aşağı balla daxil olan minlərlə tələbə son nəticədə nə ali təhsil diplomunun real dəyərini hiss edəcək, nə də əmək bazarında möhkəmlənə biləcək. Təhsil strategiyasının mərkəzində isə rəqəmlər deyil, insan olmalıdır.

Digər tərəfdən, keçid balı aşağı olan sahələrə dövlət sifarişi ilə qəbul imkanı yaradılması mühüm müsbət addımdır. Bu, az maraq göstərilən, amma ölkə üçün strateji əhəmiyyət kəsb edən sahələrə mütəxəssis cəlb etməyə xidmət edir. Məsələn, kənd təsərrüfatı mühəndisliyi, elektroenergetika, texniki müəllimlik, bədən tərbiyəsi və idman, ilahiyyat və məktəbəqədər təhsil ixtisasları əmək bazarında gələcəkdə kəskin kadr çatışmazlığı ilə üzləşə biləcək sahələrdir. Əgər bu istiqamətlərdə plan yerləri ayrılmasa və aşağı bal toplayan abituriyentlərə belə imkan verilməsə, həmin sahələrdə, ümumiyyətlə, peşəkar olmayacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 İyun 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri