Deputat: 90 cı illərdə qurulan kommunikasiyalar bu gün Türküstanı birləşdirir
Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya arasında bugünkü şərtləri formalaşdıran kommunikasiyaları hələ 90-cı illərin əvvəllərindən həyata keçirməyə başlayıb. Vaxtında reallaşdırılan bu kommunikasiyalar, nəhayət, 2020-ci ildən sonra, torpaqlarımız işğaldan azad edildikdən sonra yeni perspektivlər yaradıb: “Biz artıq Azərbaycanın coğrafi mövqeyini daha strateji etmək üçün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum kimi neft, qaz və dəmir yolu xətlərini inşa etmişdik, daha sonra isə TANAP layihəsi həyata keçirildi.
Hazırda isə Zəngəzur bağlantısının, yaxud Zəngəzur dəhlizinin inşası mərhələsinə qədəm qoymuşuq. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiya, yaxud Türküstan coğrafiyasında yerləşən ölkələr arasında birbaşa müttəfiqlik əlaqələrinin yaradılması üçün real iqtisadi, siyasi və təhlükəsizlik zəmini formalaşdırır”.
Deputat deyib ki, əgər bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Çin, Anadolu və Avropanı birləşdirən xətt üzərində mühüm coğrafiya kimi çıxış edirsə, burada mümkün inteqrasiya və maraqların uzlaşdırılması olmadan uğurlu layihələrin həyata keçirilməsi mümkün deyil. Əslində, Azərbaycan da bunu edir və Azərbaycan Prezidentinin Qırğızıstana səfəri zamanı imzalanan sənədlər bunu bir daha ortaya qoymuş oldu.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 31 İyul 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















