Deputat: Aliment ödəyən tərəf böyük əksəriyyətlə Azərbaycan tərəfi olacaq, çünki...
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Aliment ödəyən tərəf burada çox güman ki, böyük əksəriyyətlə Azərbaycan tərəfi olacaqdır. Çünki bizim həmvətənlərimiz Rusiyada, Ukraynada, Belarusda, Moldovada və digər ölkələrdə yaşayırlar, evləniblər, dünyaya uşaq gətiriblər və ondan sonra bir neçə ildən, bəzən bir neçə on ildən sonra köçüb vətənə qayıdıblar".
Ölkə.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, indi məhkəmə qaydasında o uşaqların saxlanılması üçün aliment tələb olunanda, bu alimenti ödəməlidirlər. "Biz də gələcəkdə fikirləşirik ki, ölkəmizdə aliment fondu yaradaq. Belə bir fond yaransa, həmin fondun vəsaitlərinin böyük əksəriyyəti onlara yönələcək",-o vurğulayıb.
Deputat hesab edir ki, burada hansısa bir mexanizm üzərində düşünməliyik. "Konvensiyaya qoşulmaqla biz insan hüquqlarına olan diqqətimizi göstəririk, amma eyni zamanda ölkəmizin vəsaitlərinin səmərəli xərclənməsinə də nəzarət etməliyik",-o qeyd edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 01 May 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















