Icma.az
close
up
RU
Keçmiş ərlərinə milyonlarla aliment ödəyən ULDUZLAR

Keçmiş ərlərinə milyonlarla aliment ödəyən ULDUZLAR

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Bir çox ulduzlar üçün boşanma təkcə emosional sınaq deyil, həm də ciddi maliyyə öhdəliyidir. Şəbəkədə Nikol Kidmanın “ayıqlığı” üçün ərinə pul ödəməli olub-olmayacağı müzakirə olunduğu bir vaxtda, biz münasibətlərini bitirdikdən sonra keçmiş həyat yoldaşlarına milyonlarla dollar ödəyən məşhur qadınların hekayələrini topladıq.

Lent.az boşandıqdan sonra keçmiş ərlərinə aliment və ya kompensasiya ödəyən ulduz qadınları təqdim edir.

Madonna

2008-ci ildə pop müğənni Madonna rejissor Qay Riçi ilə münasibətlərinə son qoyub. Cütlük 8 il evli qalıb və iki övlad böyüdüb.

Mətbuatın məlumatına görə, boşanma müğənniyə 92 milyon dollara başa gəlib. Bu məbləğə həm pul, həm də daşınmaz əmlak daxil idi. Bununla belə, hüquqi proses sakit şəkildə, qarşılıqlı anlaşma ilə başa çatıb.

Britni Spirs

Kevin Federlayn ilə boşandıqdan sonra müğənni ayda 20 min dollar ərinin və uşaqların saxlanması üçün ödəməyə məcbur olub.

Sonradan məhkəmə qərarına əsasən bu məbləğ artırılıb. Bundan əlavə, Britni ərinin məhkəmə xərcləri üçün demək olar ki, yarım milyon dollar ödəyib.

Ariana Qrande

2024-cü ildə müğənni rieltor Dalton Qomeslə demək olar ki, üçillik evliliyinə rəsmi şəkildə son qoyub. Boşanma prosesi sakit və qalmaqalsız keçib.

Nikah müqaviləsinə əsasən, Ariana 1 milyon 250 min dollar ödəniş edib və əlavə olaraq Qomesin vəkillərinə 25 min dollar qonorar ödəməyi qəbul edib.

Helli Berri

Mane¬ken Qabriel Obriyə qızlarının saxlanması üçün hər ay 16 min dollar aliment ödəyir. Bundan başqa, keçmiş dövrlər üçün 115 min dollar geriyə dönük ödəniş və 300 min dollar məhkəmə xərcləri ödəyib.

Aktor Olivye Martineslə boşandıqdan sonra isə o, oğluna görə ayda 8 min dollar aliment və gəlirinin 4,3 faizini ödəməyi qəbul etdi. Bu razılaşma 2023-cü ildə, boşanmadan demək olar ki, səkkiz il sonra rəsmiləşdirilib.

Kelli Klarkson

Müğənninin menecer Brendon Blekstokla boşanması da az xərc çəkməyib. Klarkson keçmiş ərinə ayda 150 min dollar aliment və uşaqlar üçün əlavə 45 mindən çox dollar ödəməyə borclu olub.

Bundan əlavə, o, 1,3 milyon dollarlıq birdəfəlik ödəniş edib ki, bu da kompensasiya və məhkəmə xərclərini əhatə edib.

Nikol Kidman

19 illik evlilikdən sonra aktrisa musiqiçi Kit Urbanla boşanır. Onların iki qızı var. İctimaiyyətin diqqətini ən çox cəlb edən məqam, 2006-cı ildə bağlanmış nikah müqaviləsindəki qeyri-adi bənd olub.

Guya bu müqavilə Kitin narkotik və alkoqoldan uzaq qalacağı hər il üçün 900 min dollarlıq ödənişi təmin edir. Boşanma hələ yekunlaşmayıb. Mətbuatın məlumatına görə, tərəflər aliment ödəmədən, sadəcə ortaq aktivləri bölməklə razılaşa bilərlər.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:519
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri