Icma.az
close
up
RU
Aliment ödəyən atalar “yoxa çıxır” Qanunlar işləmir?

Aliment ödəyən atalar “yoxa çıxır” Qanunlar işləmir?

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda ailələrin dağılması halları artdığı kimi, boşanmadan sonra ortaya çıxan problemlər də cəmiyyətin sosial yükünü artırmaqdadır. Xüsusilə də uşaqların taleyi ilə bağlı məsuliyyətin bir valideynin – əksər hallarda ananın – üzərinə düşməsi ciddi narahatlıq doğurur. Boşanmış ata isə aliment ödəməkdən yayınır, ya da ümumiyyətlə, övladına maddi dəstək verməkdən imtina edir. Nəticədə isə bu məsuliyyətsizlik qanun qarşısında cavabsız qalmır – alimentdən yayınanlar barəsində inzibati və cinayət tədbirləri görülür, hətta bəzi hallarda ata övladına pul ödəmədiyi üçün həbsə də göndərilir. Bu kimi xəbərlərə mətbuatda tez-tez gəlirik. 

Ölkə.az xəbər verir ki, sosioloq Üzeyir Şəfiyev Musavat.com-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda boşanma hallarının artması narahatedici sosial tendensiyaya çevrilib. Onun sözlərinə görə, boşanma artıq cəmiyyət üçün adi bir hal kimi qəbul olunmağa başlayıb:

“Boşanma halları getdikcə xroniki sosial problemin formasını alır. Cütlüklər bəzən çox xırda səbəblərə görə ayrılırlar. Ən diqqətçəkən məqam isə budur ki, boşanma üçün məhkəməyə müraciət edənlərin 70 faizdən çoxunu qadınlar təşkil edir. Bu hal qadınların iqtisadi müstəqillik qazanmaları ilə əlaqəlidir. Qadınlar əvvəlki dövrlərdə daha çox evdar xanım statusunda idilər. İndi isə işləyir, özlərini təmin edirlər. Bununla yanaşı, ictimai qınaq və stereotiplər onlar üçün əvvəlki qədər əhəmiyyət kəsb etmir. Sosial şəbəkələr, xarici seriallar və qərbdən gələn bəzi feminist yanaşmalar qadınların davranışlarına təsir göstərir. Bu təsirlərlə bəzən ailədəki kiçik problemlər böyüdülür və nəticədə boşanma baş verir. Bu gün qadınlar ailə münaqişələrinə əvvəlki qədər dözümlü yanaşmır, daha çox şəxsi rahatlıqlarını önə çəkirlər. Qərbdən gələn feminist çağırışların təsiri ilə qadın və kişi arasında qarşıdurma yaradılır ki, bu da ailələrin dağılmasına səbəb olur”.

Statistikaya əsasən, 2024-cü ildə Azərbaycanda 40 minə yaxın nikah bağlandığı halda, 21 min 384 boşanma qeydə alınıb. Sosioloq bu statistikada iki yeni tendensiyaya diqqət çəkib:

“İlk olaraq deyim ki, əvvəllər uşaqlı ailələrdə boşanma az idi, indi isə əksinə, uşaqlı ailələr daha çox boşanır. Eyni zamanda 50 yaşdan yuxarı insanlar arasında boşanmaların sayı artıb ki, buna “boz boşanmalar” deyilir. Boşanmalara səbəb olan amillər sırasında xəyanət, emosional və maddi uyğunsuzluq, məişət zorakılığı və eqoist həyat tərzi xüsusi yer tutur. Digər bir məsələ isə aliment mövzusudur. Bəzən qadınlar alimentdən hüquqi fürsət kimi istifadə edirlər. Aliment uşağın inkişafı üçün nəzərdə tutulsa da, bəzi hallarda bu məsələ şəxsi maraqlarla sui-istifadə edilir”.

Ü. Şəfiyev bildirir ki, alimentin məqsədi uşağın inkişafı və yaşayışı üçün maddi təminat yaratmaqdır: “Alimentin məbləği uşağın yaşayış minimumuna uyğun olaraq hesablanır. Hazırda Azərbaycanda 1 uşaq üçün minimum aliment məbləği təxminən 246 manat civarındadır.

Bu vəsait uşağın ehtiyacları üçün nəzərdə tutulub və yalnız anaya deyil, uşağın yanında olan valideynə ödənilir. Bəzi hallarda bu valideyn ata da ola bilər. Əgər valideyn alimenti ödəməkdən yayınarsa, qanunvericilik buna qarşı tədbirlər nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinə əsasən, alimenti ödəməyən şəxsə qarşı inzibati cəza tədbirləri tətbiq edilir. Əgər bu cəza kifayət etməzsə, məsələ Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə həll olunur və həmin şəxs barəsində cinayət işi başlana bilər”.

Bununla yanaşı, Şəfiyev Aliment Fondunun yaradılmasının vacibliyini vurğulayıb:

“İşsiz və gəliri olmayan valideynlər üçün dövlət tərəfindən Aliment Fondu yaradılmalı, bu vəsait müvəqqəti olaraq oradan ödənilməlidir. Valideyn işlə təmin olunduqdan sonra həmin məbləğ əmək haqqından tutulub fonda qaytarılmalıdır. Aliment ödəyə bilməyən valideynlərin əvəzinə bu fond vasitəsilə ödəniş həyata keçirilsin. Daha sonra həmin valideyn işləməyə başladıqda maaşından həmin məbləğ çıxılsın”.

Sosioloq həmçinin qeyd edir ki, boşanmalardan sonra uşağın anada qalması vəziyyəti ilə bağlı da nəzarət gücləndirilməlidir: “Ana yüngül həyat tərzi sürürsə və bu, uşağa zərər verirsə, uşaq sosial xidmət müəssisəsinə və ya ataya verilməlidir. Boşandıqdan sonra uşağın taleyinə nəzarət vacibdir.

Boşanma halları baş verməzdən əvvəl sosial və psixoloji dəstək tədbirləri görülməli, ailələrə dəstək verilməlidir:

“Münaqişəli ailələr erkən mərhələdə qeydiyyata alınmalı, onlarla iş aparılmalıdır ki, boşanma son çıxış yolu olması üçün işlər görülməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 İyul 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri