Icma.az
close
up
RU
Deputat Amnistiya Aktından yazdı

Deputat Amnistiya Aktından yazdı

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cinayətə görə cəzanın dönməzliyi prinsipinin təmin olunması və bu zaman ayrı-seçkiliyə yol verilməməsi bütün sivil toplumlarda ədalətə ictimai inamı nə qədər gücləndirirsə, əfv və amnistiya aktları da dövlət-vətəndaş münasibətlərində bir o qədər mühüm rol oynayır. Yunan mənşəli amnistiya sözünün tərcüməsi bağışlamaq mənasını verir və cəmiyyət tərəfindən dövlət humanizminin əsas göstəricilərindən biri kimi qəbul edilir.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Prezident İlham Əliyevin amnistiya təşəbbüsünün məhz bununla bağlı olması cəmiyyətimizə həm də o mesajı verir ki, Əsas Qanunun-Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində bərqərar edilməsi ilə yeni tarixi mərhələnin əsası qoyulub. Bu tarixi mərhələ milli ləyaqət hissimizi uzun illər təhdid etmiş xarici təcavüzə qalib gəldiyimizi ifadə etməklə yanaşı, ölkəmizdə tarixi ədalətin və onun təməlində dayanan hüquq anlayışının da zəfər çaldığını təsbit edir. Humanizm isə dövlət ədalətinin güzgüsü, hüquq sisteminin ayrılmaz tərkib hissəsidir. Bağışlamaq insanın keçmişini dəyişə bilməsə də, ona və doğmalarına gələcəklə bağlı ümid verən ən güclü motivasiyadır.

2024-cü ilin prezident seçkilərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ailə üzvləri ilə birgə məhz Xankəndidə səs vermələri cəmiyyətimizə yeni tarixi mərhələnin başlandığını ifadə edən açıq mesaj idi. Prezidentin həmin il fevralın 14-də səsləndirdiyi bu bəyanat isə separatçılıqla bağlı cinayətlərə görə cəzanın qaçılmazlığını təsbit etdiyi qədər, ölkəmizdə ədalətin bərpasına və qanunun aliliyinə bəslənilən ictimai inamın təsadüfi olmadığını ifadə edirdi: “Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar… Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.

Bu həm də o demək idi ki, Azərbaycan Konstitusiyasının təməl prinsipləri ölkəmizin bütün ərazisində işlək vəziyyətə gətirilir, vətəndaşın dövlətdən daha böyük gözləntilərinin reallaşması üçün yeni imkanlar açılır. Heç şübhəsiz ki, bu reallığın təməlində qarşılıqlı etimad mühiti dayanır və bu amil gözlənilən Amnistiya aktına xüsusi ictimai-siyasi, hüquqi çalar verir. Humanistliyin güzgüsü hesab olunan bu cür Aktlar nəticə etibarilə barışığa, cəmiyyətdə mərhəmət hissinin təşviqinə və təkrar sosiallaşmaya bəslənilən ümidlərin güclənməsinə xidmət edir, eləcə də ictimai münasibətlərin yalnız hüquqi müstəvidə tənzimlənə biləcəyi mesajını verir.

Müasir Azərbaycanda dövlət səviyyəsində humanizm siyasətinin bünövrəsini qoyan Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə 7 amnistiya aktı qəbul edilib, 32 Əfv Sərəncamı imzalanıb. Ulu Öndər Heydər Əliyevin humanizm ənənəsinə sadiq qalan Prezident İlham Əliyev tərəfindən ötən illər ərzində 39 Əfv Sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. İndiyədək qəbul olunmuş 12 amnistiya aktı 130 mindən çox vətəndaşa şamil olunub.

Prezident İlham Əliyevin hazırkı Amnistiya təşəbbüsü əhatə dairəsinin genişliyi və şamil olunacaq şəxslər kateqoriyası baxımından xüsusi diqqət çəkir. Layihəyə əsasən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhalimizə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Amnistiya aktının 20 mindən çox şəxsi əhatə edəcəyi gözlənilir. İlkin təhlillərə görə, 5 mindən çox məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunacaq, 3 mindən artıq şəxsin həmin cəza növü azaldılacaq. Proqnozlaşdırılır ki, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkum azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan, o cümlədən şərti cəzalardan, mindən çox şəxs isə cinayət məsuliyyətindən azad ediləcək.

Bu o deməkdir ki, insan amili, humanizm və mərhəmət hissi, ötən illərdə olduğu kimi, bu gün də dövlət siyasətinin mərkəzində dayanır. Amnistiya təşəbbüsü imkan verəcək ki, minlərlə ailə doğmalarına qovuşmağın sevincini yaşasın, cəmiyyətimizə faydalı olmaq üçün toparlanmağa stimul qazansın. İnanıram ki, rəsmi orqanlarla yanaşı, bütövlükdə cəmiyyətimiz də əlindən gələni edəcək ki, dövlətin yenidən etimad göstərdiyi insanlar adaptasiya dövrünü daha yüngül keçirsin.

Ülvi Quliyev

Mili Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Dekabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri