Icma.az
close
up
RU
Deputat: Azərbaycan əleyhinə istənilən hərbi gediş Ermənistan dövlətçiliyinin sonu ola bilər

Deputat: Azərbaycan əleyhinə istənilən hərbi gediş Ermənistan dövlətçiliyinin sonu ola bilər

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən həftənin cümə günü Nikol Paşinyanın parlamentdə “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləri, hökumət və partiyanın idarə heyətinin nümayəndələrinin iştirakı ilə baş tutan qapalı görüşündə Azərbaycanla sülh prosesi müzakirə olunmuşdu.

Ermənistanın müxalif “Hraparak” nəşri qapalı görüşlə bağlı maraqlı iddia paylaşıb.

Nəşrin yazdığına görə, deputatlardan biri təcili görüşün səbəbinin Yeqişe Kirakosyanın həmin gün baş verən istefası olduğunu bildirib. Paşinyan komandada yarana biləcək narazılığı əvvəlcədən yatırmağa çalışıb:

“Bir ilə yaxındır ki, mətbuat Kirakosyanın mümkün istefası barədə yazır, buna səbəb Azərbaycanın tələbi ilə Ermənistanın beynəlxalq məhkəmə proseslərindən imtina etməsi olub. İclasda Paşinyan “Mülki Müqavilə” üzvlərinə bildirib ki, sülh prosesi ləngiyir, İlham Əliyev nə ərazi iddialarından, nə də dəhliz tələbindən əl çəkir, imtina ediləcəyi təqdirdə müharibə qaçılmaz olacaq. O, təbliğatçılara bu barədə ictimaiyyəti fəal şəkildə məlumatlandırmağı tapşırıb ki, hər şey hamıya aydın olsun”, - məlumatda bildirilib.

Nəşr informasiyanın “təsdiqi” kimi “Mülki Müqavilə” fraksiyası üzvlərinin Zəngəzura “tez-tez baş çəkdiyini” xatırladıb:

“Məsələn, iqtisadiyyat naziri Gevorq Papoyan ötən həftə iki dəfə bölgəyə səfər edib və yerli partiya fəalları ilə görüşlər keçirib. O, sakinləri mümkün müharibə ilə qorxutmağı tapşırıb”.


Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Sherg.az"a deyib ki, Ermənistan daxilində müşahidə olan siyasi proseslər birmənalı şəkildə bu ölkənin Azərbaycan əleyhinə yeni müharibəyə hazırlaşması barədə ehtimallar irəli sürmək üçün əsas verir:


"Xüsusən separatçıların məhkəməsi fonunda Qərb imperializminin Azərbaycan əleyhinə yeni kampaniyaya start verməsi, Ermənistanın aidiyyəti struktarlarının, ələlxüsus Ermənistan xarici işlər nazirinin qeyri-adekvat bəyanatları  göstərir ki, proses Qərbdən idarə olunan vahid konsepsiya əsasında aparılır. Eyni zamanda Avropa İttifaqının "müşahidə missiyasının" öz "monitorinqlərini" intensivləşdirməsi, bir neçə gün əvvəl şərti sərhədlərdə yenidən atəş səsi eşidilməsi, o cümlədən Ermənistan tərəfin cari təmas boyu istehkamlar formalaşdırması İrəvanın işğal və təcavüzdə ehtiva olunan Vətən müharibəsinə qədərki status-kvonu bərpa etmək arzusunda olduğunu, Qərbin isə bu prosesdə İrəvanı təşviq etdiyini demək üçün əsaslar verir. Təbii ki, bölgədə müharibə başa çatıb, Azərbaycan yeni münaqişənin alovlanmasını arzulamır. Vətən müharibəsində və antiterror tədbirlərindən qalib tərəf kimi ayrılmasına baxmayaraq Azərbaycan sülh təşəbbüslərini birmənalı şəkildə dəstəkləyir və regionda dayanıqlı sabit əməkdaşlıq mühitinin formalaşmasını istəyir".


Deputat vurğulayıb ki, dövlət başçımızın da ifadə etdiyi kimi, "əgər ölkəmizə münasibətdə hər hansı formada təhdid yaranarsa, bu təhdidin harda yerləşməsindən aslı olmayaraq Azərbaycan istənilən yolla öz təhlükəsizliyini təmin edəcək və bu təhdidləri aradan qaldıracaq" ".

"Ermənistan isə anlamalıdır ki, Azərbaycan əleyhinə istənilən hərbi gediş bu ölkənin dövlətçiliyinin sonu ola bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Mart 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri