Icma.az
close
up
RU
Deputat: Azərbaycan qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

Deputat: Azərbaycan qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 22 sentyabr, AZƏRTAC

İşğal dövründə məruz qaldığı vandalizm nəticəsində tamamilə yerlə-yeksan olan, “Qafqazın Hirosiması” adlandırılan Ağdam düşmən tapdağından qurtulduqdan sonra burada genişmiqyaslı bərpa prosesinə başlandı. Bu gün Ağdam dövlətimizin iradəsi ilə sürətlə dirçəlir. Hazırda şəhərdə 5 məhəllə üzrə paralel tikinti işləri aparılır. Artıq Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkədə ikinci ən böyük sənaye mərkəzinə çevrilib ki, bu da bölgənin iqtisadi potensialının bariz göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

“Mənəvi-mədəni irsimizin bərpası da diqqət mərkəzindədir. Dövlət başçısının azad olunmuş Ağdama ilk səfəri zamanı ziyarət etdiyi və Məkkədən gətirdiyi Qurani-Kərimi hədiyyə etdiyi Ağdam Cümə məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunaraq 2024-cü ilin aprelində qapılarını yenidən dindarların üzünə açdı. İşğal illərində Ümummilli Lider Heydər Əliyevə təqdim olunmuş məscidə aid daş parçasının da burada nümayiş etdirilməsi mənəvi varisliyin və tarixi yaddaşın təcəssümüdür”, - deyə deputat bildirib.

Pərvanə Vəliyeva qeyd edib ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və ölkəmizdə fəaliyyət göstərən xarici diplomatların bu ərazilərə səfər etməsi tamamilə qanunauyğun, daxili məsələmizdir. Beynəlxalq ictimaiyyətə Ermənistanın törətdiyi vandalizmi, eyni zamanda, bölgədəki zəngin mədəni irsimizi yerində göstərmək Azərbaycanın suveren haqqıdır.

“Lakin təəssüf ki, Ermənistan tərəfi diplomatik korpusun səfərinə belə bir reaksiya verməklə növbəti dəfə daxili işlərimizə qarışmağa cəhd edir. Təhlillər göstərir ki, Azərbaycan qarşı aparılan kampaniyanın dirijorluğunu Ermənistan hakimiyyətinin özü edir. Belə ki, bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda yayımlanıb. Eləcə də, bu ölkənin baş naziri və parlament sədrinin mədəni irsimizlə bağlı açıqlamaları qəbuledilməzdir. Bu, Ermənistan cəmiyyətində mövcud revanşizm ideologiyasını daha da gücləndirir. Əksinə, erməni tərəfi sülh istəyirsə, öz cəmiyyəti ilə bu istiqamətdə işləməlidir”, - deyə Pərvanə Vəliyeva əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri