Deputat: Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Rusiya imperiyası Cənubi Qafqazda möhkəmlənmək məqsədilə erməniləri Orta Şərqdən qədim Azərbaycan torpaqlarına - İrəvana, Qərbi Azərbaycan ərazilərinə köçürüb, üstəlik, onların bir qismini də Qarabağda yerləşdirib. Heç kimə sirr deyil ki, indiki Ermənistan dövlətinin qurulduğu ərazilər Azərbaycan torpaqlarıdır. Bunun üçün xüsusi araşdırmaya da ehtiyac yoxdur. Rusiyanın arxivlərində cəmi qısa müddət işləməklə bu həqiqətləri üzə çıxarmaq və yenidən təqdim etmək mümkündür. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley mərasimində səsləndirdiyi fikirlər tarixi həqiqətlərə əsaslanır və bunu kimsə, xüsusilə də ermənilər, inkar edə bilməz”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
A. Mollazadə qeyd edib ki, bu faktlar tarixi reallıq olduğundan, mübahisə doğuracaq heç bir məsələ yoxdur:
“Bəli, Çar Rusiyası tərəfindən tərtib edilən xəritələr mövcuddur və həmin xəritələrdə Qərbi Azərbaycandakı toponimlər məhz Azərbaycan dilində göstərilib. Sonradan ermənilər tərəfindən saxtalaşdırılan və dəyişdirilən toponimlərin bu torpaqların tarixi ilə heç bir əlaqəsi yoxdur. Odur ki, tarix olduğu kimi təqdim edilməli və bütün tərəflər bunu qəbul etməlidir”.
Deputatın sözlərinə görə, bu gün əsas məqsəd bir zamanlar Qərbi Azərbaycandan deportasiya edilən və zorla qovulan soydaşlarımızın ata-baba yurdlarına qayıdışını təmin etməkdir:
“Söhbət həmin torpaqlara tankla, topla qayıtmaqdan getmir. Bu proses sivil şəkildə həyata keçirilməli, insanlar üçün münasib şərait yaradılmalıdır”.
A. Mollazadə hesab edir ki, Qərbi Azərbaycandan zorla qovulan soydaşlarımızın tarixi torpaqlarına qayıdışı və orada yaşaması mümkündür:
“Əminəm ki, bu, baş verəcək. Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, - deyə deputat fikrini yekunlaşdırıb.
Nemət ORUCOV
Reyting.az
Bu mövzuda digər xəbərlər:“Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməlidir”
01 İyul 2025 16:57
Deputat: Ermənistan öhdəlikləri yerinə yetirməsə, ABŞ qarşısında etibarsız tərəfdaş olacaq
11 Avqust 2025 15:09
Ermənistan kimə arxayın olub götürdüyü öhdəlikləri yerinə yetirmir? BAKU AKTUAL
30 Yanvar 2025 18:21
“Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir”
17 İyun 2025 16:51
Baxış sayı:88
Bu xəbər 06 Noyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















