Icma.az
close
up
RU
Deputat: Azərbaycan və Gürcüstan münasibətlərini yeni prioritetlər üzrə inkişaf etdirirlər

Deputat: Azərbaycan və Gürcüstan münasibətlərini yeni prioritetlər üzrə inkişaf etdirirlər

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi yer tutur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.

Deputat bildirib ki, aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin inauqurasiyadan sonra Azərbaycana ilk səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşləri və mətbuata bəyanatlar ölkələrimiz arasında əməkdaşlığın geniş potensialının olduğunu göstərir.

Bakı və Tbilisinin beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəklədiyini diqqətə çatdıran A.Məmmədov deyib ki, mətbuata birgə bəyanat zamanı Prezident İlham Əliyev bunu bir daha vurğulayaraq, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi önəmli layihələrin həm ölkələrimiz, həm xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıdığını qeyd etdi.

Bu illər ərzində icra olunan uğurlu layihələr yalnız regionu deyil, daha geniş coğrafiyanı əhatə edir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, “birgə həyata keçirilən neft-qaz, nəqliyyat və kommunikasiya layihələri nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir”. Yəni, artıq elə bir reallıq yaranıb ki, biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir.

“Ümumiyyətlə, Azərbaycan-Gürcüstan münasibətləri çox dərin ənənələr üzərində qurulub. Tarixə nəzər yetirdikdə də görürük ki, xalqlarımız əsrlər boyu dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Əminliklə demək mümkündür ki, iki ölkə arasındakı əməkdaşlıq tarixi ənənələrə söykənir və dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Belə ki, Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Bu baxımdan Azərbaycanla Gürcüstan arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Hər iki ölkə bu sahədə fəaliyyətlərini daim uzlaşdırır”, - deyə deputat bildirib.

Son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platformasının yarandığını qeyd edən A.Məmmədov birgə layihələrdən danışaraq deyib: “Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır”.

Onun sözlərinə görə, bu gün Azərbaycan və Gürcüstan münasibətlərini yeni prioritetlər üzrə inkişaf etdirirlər. İki dost ölkənin çağırışları da, problemlər də eynidir. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bir-birimizi dəstəkləyir, bir-birimizin yanındayıq. 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəkləyən ölkələrdən biri də məhz Gürcüstan oldu. Gürcüstan öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırdı. Bu, faktiki olaraq uzun illər aparılan çox effektiv xarici siyasətin və uğurlu iqtisadi əməkdaşlığın əyani nəticəsi kimi dəyərləndirilə bilər.

Ölkələrimiz arasında iqtisadi əlaqələrə də toxunan deputat iki ölkə arasındakı siyasi dialoqun yüksək dinamizminə uyğun olaraq tərəflərin maraqlarına cavab verən iqtisadi əlaqələrin də yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan şirkətləri dost ölkədəki əlverişli investisiya mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur quruculuğu və digər sahələrə böyük həcmlərdə sərmayələr yönəldirlər. Bu gün qonşu ölkənin xarici ticarət dövriyyəsində Azərbaycan ilk beşlikdə yer alır.

“Bütövlükdə Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir. Bu amil dövlətlərimizin və xalqlarımızın maraqlarına tamamilə cavab verir”, - deyə Anar Məmmədov diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri