Deputat Azərbaycanda əhali sayına görə ən az həkimi olan rayonları AÇIQLADI
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycanda regionlar üzrə həkimlərin sayının əhalinin sayına uyğun olmaması səhiyyə xidmətlərinə eyni səviyyədə əlçatanlığın təmin edilməsində əsas çətinliklərdən biridir”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deyib.
“Dövlət Statistika Komitəsinin “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” adlı hesabatına əsasən, 2025-ci ilin əvvəlinə əhalinin hər 10 min nəfərinə düşən həkim sayı Bakı şəhəri üzrə 101.7, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 24.5, Naxçıvan iqtisadi rayonu üzrə 14.9, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 13.0 nəfər, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 10.8, Lənkəran-Astara iqtisadi rayonu üzrə 9.7, Mil-Muğan iqtisadi rayonu üzrə 8.6 nəfər təşkil edir. Xüsusilə də Daşkəsən (8 nəfər), Gədəbəy (61 nəfər), Ucar (55 nəfər), Zərdab (47 nəfər), Yardımlı (39 nəfər) və Lerik (38 nəfər) rayonlarında həkimlərin sayının əhali sayına nisbətdə olduqca az olması və ixtisaslı kadr çatışmazlığı narahatlıq doğurur.
Bu vəziyyət “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsbit olunmuş tibbi-sosial yardımın hamı üçün mümkünlüyü prinsipinin, habelə vətəndaşların keyfiyyətli və bərabər tibbi yardım almaq hüququnun həyata keçirilməsini çətinləşdirən əsas amillərdəndir”, – deyə deputat vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 27 Fevral 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















