Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Azərbaycanın güclənməsi bəzi dairələri niyə narahat edir

Azərbaycanın güclənməsi bəzi dairələri niyə narahat edir

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər Azərbaycan Respublikasının beynəlxalq müstəvidə əldə etdiyi uğurlar, regionda formalaşdırdığı yeni geosiyasi reallıqlar və müstəqil siyasəti ölkəmizə qarşı müxtəlif təzyiq və qarayaxma kampaniyalarının intensivləşməsinə səbəb olmuşdur.

Xüsusilə xaricdə məskunlaşaraq özlərini “müxalifət” kimi təqdim edən bəzi radikal qrupların və ayrı-ayrı şəxslərin Azərbaycan dövlətinə, xalqına və onun qanuni təsisatlarına qarşı apardıqları fəaliyyətlər təsadüfi xarakter daşımır. Bu fəaliyyətlərin arxasında ölkəmizin milli maraqlarına zidd mövqe sərgiləyən dairələrin, o cümlədən uzun illər ərzində Azərbaycana qarşı sistemli təbliğat aparan erməni lobbisinin və ona bağlı maliyyə şəbəkələrinin maraqları açıq şəkildə müşahidə olunur.

Məlumdur ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın dəmir birliyi və qəhrəman Azərbaycan Ordusunun şücaəti nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad edildi. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər təkcə hərbi qələbə deyil, həm də beynəlxalq hüququn, tarixi ədalətin və milli iradənin təntənəsi oldu.

Ardınca həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti kimi çıxış edir. Güclü iqtisadiyyat, müasir ordu, sabit siyasi sistem və müstəqil xarici siyasət ölkəmizin regional liderliyini daha da möhkəmləndirmişdir.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji, nəqliyyat və logistika layihələri ölkəmizin beynəlxalq əhəmiyyətini artırmaqla yanaşı, regionun gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirir. Məhz bu uğurlar bəzi dairələri ciddi şəkildə narahat edir. Azərbaycanın güclənməsi, regionda söz sahibinə çevrilməsi və beynəlxalq nüfuzunun artması ölkəmizə qarşı informasiya hücumlarının da artmasına səbəb olur.

Xaricdə oturaraq Azərbaycan əleyhinə fəaliyyət göstərən bəzi şəxslərin ritorikasında erməni təbliğatının tezislərinin təkrarlanması, onların ölkəmizin əldə etdiyi nailiyyətləri gözdən salmağa çalışması təsadüfi deyil. Belə fəaliyyətlər nə demokratik dəyərlərlə, nə də siyasi mübarizə prinsipləri ilə uzlaşır. Əksinə, bu yanaşma Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş məqsədli kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan dövləti isə bütün bu təxribatlara baxmayaraq, inkişaf və əməkdaşlıq xəttinə sadiq qalır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionda davamlı sülhün təmin olunması, dövlətlərarası münasibətlərin normallaşdırılması və uzunmüddətli əməkdaşlıq mühitinin yaradılması istiqamətində ardıcıl siyasət həyata keçirir.

Azərbaycan dəfələrlə bəyan edib ki, bölgənin gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda, düşmənçilikdə deyil, qarşılıqlı faydalı münasibətlərdədir. Bu siyasətin əsas məqsədlərindən biri də Cənubi Qafqazı beynəlxalq nəqliyyat, ticarət və logistika mərkəzlərindən birinə çevirməkdir.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, Zəngəzur dəhlizi perspektivləri, yeni infrastruktur layihələri və enerji təhlükəsizliyinə verilən töhfələr Azərbaycanın qlobal əhəmiyyətini daha da artırır. Bu layihələr təkcə ölkəmizin deyil, bütövlükdə regionun rifahına və təhlükəsizliyinə xidmət edir.

Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək dövlətimizin milli maraqlarının qorunması, əldə olunmuş tarixi nailiyyətlərin möhkəmləndirilməsi və gələcək inkişaf hədəflərinin reallaşdırılması istiqamətində əzmlə irəliləyir. Xaricdən idarə olunan qarayaxma kampaniyaları, qərəzli məlumatlar və təxribat xarakterli çağırışlar bu reallığı dəyişdirə bilməz.

Çünki Azərbaycanın gücü onun xalqının birliyində, dövlətinin müstəqil siyasətində, qəhrəman Ordusunun qüdrətində və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən liderliyindədir. Məhz bu amillər ölkəmizin uğurlarının əsas təminatıdır və Azərbaycanı regionun aparıcı siyasi, iqtisadi və strateji güc mərkəzi kimi daha da möhkəmləndirir.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 İyun 2026 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see301

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see295

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see289

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see280

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see270

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see264

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see255

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see254

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see248

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see247

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see244

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see235

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see228

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see228

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see225

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see215

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see209

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see206

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri