Icma.az
close
up
RU
Azərbaycanın yürütdüyü müstəqil siyasət Rusiya siyasi çevrələrini narahat edir Deputat

Azərbaycanın yürütdüyü müstəqil siyasət Rusiya siyasi çevrələrini narahat edir Deputat

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son dövrlər Rusiyada baş verən hadisələr, xüsusilə də azərbaycanlı miqrantlara və qeyri-rus xalqlara qarşı yönələn təzyiqlər, təhqiramiz ritorika və zorakı aksiyalar bir neçə yanaşı məqsədə xidmət edir.

"Unikal" xəbər verir ki, bu barədə  Milli Məclisin deputatı Elçin Mirzəbəyli sosial şəbəkə hesabında yazıb.

Deputat qeyd edib ki, ilkin məqsəd Ermənistanda baş verən kilsə-hökumət qarşıdurması ilə bağlıdır: “Bu, Rusiyanın “çoxvektorlu təsir siyasəti”nin tipik nümunəsidir. Gəlin öncə bu prosesə mərhələli şəkildə nəzər salaq:

"Paşinyan hakimiyyəti ilə Ermənistan Apostol Kilsəsi arasındaki gərginlik pik həddə çatıb. Kilsə Paşinyanı ənənəvi dəyərlərə xəyanətdə və Qərbə meyildə ittiham edir, Paşinyan isə kilsənin siyasi təsirini məhdudlaşdırmağa çalışır. Bu mübarizədə Ermənistan cəmiyyətinin radikal-ultramillətçi seqmenti kilsənin ətrafında cəmlənib.

Moskva isə çoxdan Ermənistanda kilsəni “yumşaq güc aləti” və siyasi təsir mexanizmi kimi dəstəkləyir. Çünki kilsə həm Rus Pravoslav Kilsəsi ilə tarixi əlaqələr saxlayır, həm kilsənin mövqeyi postsovet məkanında Rusiyanın “ənənəvi dəyərlər” ritorikasına uyğun gəlir. Yəni Moskva üçün kilsə Ermənistanda və Cənubi Qafqazda imperiyanın ənənəvi dayaqlarından biri rolunu oynayır”.

E. Mirzəbəyli bildirib ki, azərbaycanlılara və ümumən müsəlman miqrantlara qarşı zorakılıq Moskva üçün iki istiqamətdə mesaj funksiyası daşıyır. Belə ki, daxildəki radikal elektorata göstərir ki, “Rusiya sərt əl prinsipini qoruyur, əzici üstünlüyünü təmin edir”.

“Ermənistanda kilsə ətrafında cəmlənən ultramillətçi qüvvələrə isə ötürür ki, Moskva Qafqazda “türk-müsəlman təhlükəsi” ilə mübarizə aparır və öz nüfuzunu saxlayır.

Başqa sözlə, Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı təzyiqləri, qətllər, “etnocinayətkarlıq” etiketi təkcə Rusiyada islamofobiya yaratmır. Bu həm də Ermənistandakı müəyyən dairələr üçün “görürsünüzmü, Rusiya sizin əbədi müttəfiqinizdir, ortaq düşmənimiz türk-müsəlman dünyasıdır” mesajıdır.

Çox güman ki, Azərbaycanlılara qarşı zorakılıq dalğasında Moskva eyni zamanda Ermənistandakı kilsə və ultramillətçi qruplara aşağıdakı mesajlari verir:

“Biz sizin tarixi-mifik “düşmənlərinizə” qarşı sərt mövqedəyik, bizim nüfuzumuz olmadan regionda heç kəs sizi türk-müsəlman üstünlüyundən qoruya bilməz və siz də bu mövzunu təbliğatda istifadə edin və ictimai rəyə ötürün”.

Deputatın fikrincə, bu, həm Rusiyanın regiondakı mövqelərini möhkəmlətmək, həm də daxildə millətçi konsolidasiyanı gücləndirmək məqsədi güdən çoxplanlı siyasətdir: “Digər tərəfdən, Rusiyanın siyasi dairələri iqtisadi çətinliklər, beynəlxalq təcrid, Ukrayna müharibəsinin yaratdığı sosial gərginliklər fonunda yaranan yarıgizli narazılığı ənənəvi qaydada fərqli istiqamətlərə yönləndirməyə çalışırlar. Tarixən də Rusiyada siyasi və iqtisadi böhran dövrlərində daxili düşmən obrazı yaratmaq ənənəsi olub. Anti-miqrant ritorikası da bu kontekstdə klassik “günah keçisi” axtarmaq strategiyasıdır.

Bütün bu hadisələrin ana xəttində dayanan amil Rusiya dövlətçiliyində imperiya şüurunun mühüm elementi olan “rus xalqının aparıcı rolu” ideologiyasıdır”.

E.Mirzəbəyli qeyd edib ki, hazırda Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər türk, müsəlman xalqların nümayəndələrinə qarşı aparılan şovinist, diskriminasiya və islamofob siyasət təsadüfi deyil: “Bu siyasətin başında hakim siyasi dairələr dayanır. Əslində bu, əsrlər boyu müxtəlif xalqlara qarşı həyata keçirilən imperiya siyasətinin daha sərt və açıq formaya keçmiş davamıdır. Rusiya mövcud daxili və xarici siyasətinin mahiyyətini anlamaq üçün Ukraynada baş verənlərə diqqət yetirmək kifayətdir. Əgər Rusiya rəhbərliyi qardaş slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasət aparır, Buçada və digər şəhərlərdə mülki insanları qırır, kəndləri və şəhərləri yer üzündən silir, milyonlarla insanı didərgin salırsa, digər xalqlara qarşı daha amansız münasibət sərgiləməsi təəccüblü deyil.

1990-cı illərdə Orta Asiya və Qafqazdan olan miqrantlara qarşı qəddarlığı ilə seçilən skinhed dəstələrini xüsusi xidmət orqanları himayə edirdi. Bugünkü Rusiyada artıq həmin qruplara ehtiyac yoxdur. Bu vəzifəni birbaşa polis, OMON və FTX daha açıq, daha qəddar şəkildə icra edir. Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlər bunun bariz sübutudur. Hadisənin detalları Rusiyada digər xalqlara qarşı nifrətin dövlət səviyyəsində qorunduğunu göstərir”.

O əlavə edib ki, Rusiya hüquq mühafizə orqanlarının ortaya atdığı “etnocinayətkarlıq” anlayışı da bu siyasətin tərkib hissəsidir: “Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır.

Bu proseslər təsadüfi deyil. Azərbaycanın öz milli maraqları əsasında yürütdüyü müstəqil siyasət və regiondakı güclənən mövqeyi Rusiya mediasını və siyasi çevrələrini narahat edir. Ona görə də ritorika sərtləşir. Lakin bu qısamüddətli təzyiqdir və faktiki reallığı dəyişmir. Əksinə, Azərbaycana qarşı bu cür hücumlar ictimaiyyətimizdə milli həmrəylik və soyuqqanlı diplomatik mövqe ətrafında daha çox birləşmə tendensiyasını gücləndirir”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 İyun 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see248

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see219

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see169

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see161

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see160

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see146

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see146

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see145

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see135

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see134

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see133

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see130

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see130

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see128

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see127

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see126

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see123

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see123

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri