Icma.az
close
up
RU
Deputat: Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var

Deputat: Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 9 noyabr, AZƏRTAC

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamla təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd olunmasını rəsmiləşdirib. Bu tarixin seçilməsi təsadüfi deyil. Məhz 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə Azərbaycanın üçrəngli Dövlət Bayrağı qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayraq xalqımızın müstəqil dövlət qurmaq iradəsinin və milli özünüdərkinin rəmzinə çevrilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutuna baxmayaraq, üçrəngli bayrağımız xalqın yaddaşından heç vaxt silinməyib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, 70 ildən sonra Azərbaycan dövlətçilik tarixində mühüm hadisə baş verdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyasında üçrəngli bayrağımız yenidən qaldırıldı. Bu qərar milli dövlətçilik ənənələrinin bərpası və Azərbaycanın gələcək müstəqilliyinə aparan yolun mühüm siyasi hadisələrindən biri idi. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul edildi. Həmin il oktyabrın 18-də qəbul olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi təsdiqləndi, onun dövlət rəmzləri, o cümlədən üçrəngli bayrağı bərpa olundu. Beləliklə, üçrəngli bayrağın yenidən dövlət rəmzi kimi qəbul edilməsi Azərbaycan xalqının tarixi dövlətçilik iradəsinin, milli azadlıq mübarizəsinin və müstəqil yaşamaq əzminin siyasi ifadəsi idi.

Könül Nurullayeva bildirib ki, Azərbaycanın Dövlət Bayrağının hər bir rəngi dərin məna daşıyır. Əslində, burada Şərq və Qərb mədəniyyətlərinin, milli ənənələrlə müasir inkişafın, tarixi köklərlə gələcək hədəflərin vəhdəti öz əksini tapır: “Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində üçrəngli bayrağımız işğaldan azad edilmiş 300-dən çox yaşayış məntəqəsində ucaldı. Bu mənzərə Azərbaycan xalqının onilliklər ərzində gözlədiyi tarixi ədalətin təntənəsi idi. Vaxtilə işğal nəticəsində endirilmiş bayrağımızın yenidən doğma torpaqlarımızda dalğalanması milli qürur və tarixi yaddaş baxımından misilsiz əhəmiyyət daşıyırdı. Dövlət Bayrağı Günündən bir gün öncə – 2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunduğunu və üçrəngli bayrağımızın şəhərdə ucaldıldığını bəyan etdi.

2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində suverenliyi tam bərpa olundu. Həmin il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində və Əsgəran qəsəbəsində Dövlət Bayrağını ucaltdı. Beləliklə, üçrəngli bayrağımız ölkəmizin bütün ərazisində dalğalanır”.

Deputat qeyd edib ki, bu gün Azərbaycan bayrağı beynəlxalq arenada da müstəqil və güclü dövlətin rəmzi kimi tanınır. Xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra idmançılarımızın beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəltməsi daha böyük mənəvi məna daşıyır. Çünki bu bayraq artıq qalib, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın rəmzi kimi dünyanın müxtəlif ölkələrində dalğalanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Noyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri