Icma.az
close
up
RU
Deputat: Azərbaycanın kibersuverenliyinin təmin edilməsi əsas prioritet vəzifələrdəndir

Deputat: Azərbaycanın kibersuverenliyinin təmin edilməsi əsas prioritet vəzifələrdəndir

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

"Azərbaycanın kibersuverenliyinin təmin edilməsi əsas prioritet vəzifələrdəndir".

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nizami Səfərov çıxışı zamanı kibertəhlükəsizlik sahəsində mövcud vəziyyətə və qarşıda duran vəzifələrə toxunub.

Deputat bildirib:
"Müasir şəraitdə Azərbaycan Respublikasının əsas prioritet vəzifələri sırasında ölkənin kibersuverenliyinin təmin edilməsi xüsusi yeri tutur".

Onun sözlərinə görə, kritik infrastruktur obyektlərinin etibarlı mühafizəsi, vətəndaşların hüquq və qanuni mənafelərinin qorunması kibertəhlükəsizliyin təmin olunması ilə birbaşa bağlıdır.

Nizami Səfərov çıxışında qeyd edib:

"Nəzərə almaq lazımdır ki, müasir şəraitdə cinayətkarlığın strukturu və dinamikasında müşahidə edilən uzunmüddətli meyllər birmənalı olaraq nümayiş etdirir ki, mütəşəkkil cinayətkar qruplar və fərdi kriminal elementlər informasiya kommunikasiya texnologiyalarından istifadə edərək terrorçuluq, cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması, maliyyə sisteminin mühüm elementi olan bank strukturlarının fəaliyyətinə qarşı kiberdələduzluq kimi qanuna-zidd məqsədlər üçün istifadə edirlər".

Deputat əlavə edib ki, son dövrlərdə dövlət və ictimai xadimlər adından süni intellekt vasitəsilə saxta videomüraciətlərin yayılması, sosial şəbəkələrdə bankların etimadından sui-istifadə edərək yalan məlumatların tirajlanması və vətəndaşların bank kartlarından kiberdələduzluq yolu ilə külli miqdarda vəsaitin ələ keçirilməsi təcili tədbirlər tələb edir.

Onun sözlərinə görə:

"Rəsmi rəqəmlərə görə, 2024-cü ildə kiberdələduzluq nəticəsində vətəndaşlara 22 milyon manatdan çox maddi ziyan vurulub, 2025-ci ilin ilk dörd ayı ərzində dəymiş zərər 6 milyon manatdan çox olub. Müvafiq dövlət orqanları kibercinayətkarlıqla mübarizədə bütün zəruri tədbirləri həyata keçirirlər, eyni zamanda, məsələnin mühüm tərəfi mövcud qanunvericiliyin təkmilləşdirilməsi və cinayətkarlığın gələcək illərdə transformasiya tendensiyalarına uyğun olaraq qabaqlayıcı tədbirlərin görülməsidir".

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 May 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri