Icma.az
close
up
RU
Azərbaycanın əsas ticarət tərəfdaşı Avropa İttifaqıdır Deputat

Azərbaycanın əsas ticarət tərəfdaşı Avropa İttifaqıdır Deputat

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Azərbaycanla müxtəlif regional formatlarda əməkdaşlıqda maraqlıdır. O, Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərinin inkişaf etdiyini və bu qurumun iclaslarında fəxri qonaq kimi iştirakının artıq bir ənənəyə çevrildiyini vurğulayıb. Zaxarova Azərbaycanın MDB çərçivəsində fəallığını da yüksək qiymətləndirib, xüsusilə Qəbələ, Laçın və Gəncənin MDB-nin tematik paytaxtları kimi çıxış etdiyini qeyd edib. O, həmçinin Azərbaycanın Düşənbə sammitində bir sıra sənədlərə qoşulmasını təqdirəlayiq hesab edib.

Azərbaycanın Avrasiya İqtisadi İttifaqı və MDB çərçivəsində fəallığının artması ölkənin iqtisadi maraqlarına necə təsir göstərə bilər? Bu qurumlarla daha sıx əməkdaşlıq Azərbaycanın iqtisadi müstəqilliyində hansı yeni imkanlar aça bilər?

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Azərbaycan MDB-nin üzvüdür və bu qurum çərçivəsində bir sıra iqtisadi proqramlarda iştirak edir:

"Amma Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı hər hansı bir müraciət etməyib. Ümumiyyətlə, bu məsələlərdə Azərbaycan hər zaman həm xarici, həm də iqtisadi siyasətdə balanslı mövqe sərgiləyib. MDB daxilində qəbul olunmuş anlaşmalar, o cümlədən ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı razılaşmalar çərçivəsində, Azərbaycan digər diplomatik münasibətlərə malik olduğu MDB ölkələri ilə əməkdaşlığını davam etdirir".

Millət vəkilinin sözlərinə görə, nəzərə almaq lazımdır ki, MDB məkanında Rusiya Azərbaycanın xarici ticarət dövriyyəsində üçüncü ən böyük tərəfdaşıdır:

"Eyni zamanda idxalda ikinci ən böyük tərəfdaş mövqeyindədir və ixracatda isə ilk üçlükdə yer alır. Ona görə də MDB ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində əhəmiyyətli payı var və bu payın yaxın illərdə də artım dinamikasını qoruyub saxlayacağı gözlənilir. Bu kontekstdə praktik baxımdan MDB və onun üzv dövlətləri ilə Azərbaycanın əməkdaşlığının davam edəcəyi və daha da dərinləşəcəyi ehtimal olunur. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan hal-hazırda çoxvektorlu xarici siyasət həyata keçirir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanın əsas ticarət tərəfdaşı Avropa İttifaqıdır və yaxın illərdə də Avropa İttifaqının Azərbaycanın əsas iqtisadi və ticari tərəfdaşı olaraq qalacağı proqnozlaşdırılır", - deyə Vüqar Bayramov vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Oktyabr 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri