Icma.az
close
up
RU
“Zəngəzur dəhlizi Azərbaycanın strateji üstünlüyünü təmin edən əsas tranzit marşrutudur” DEPUTAT

“Zəngəzur dəhlizi Azərbaycanın strateji üstünlüyünü təmin edən əsas tranzit marşrutudur” DEPUTAT

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Zəngəzur dəhlizi strateji baxımdan hazırda dünyanın əsas nəqliyyat kommunikasiya xətlərindən biridir və Orta Dəhlizin bir hissəsi olaraq xüsusi əhəmiyyət daşıyır, çünki dünya okeanları və dəniz daşımaları üzərindən tranzit xətləri getdikcə çətinləşib və məhdudlaşıb”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib:

“Dəniz yolu ilə daşımalar daha uzun məsafə tələb edir, daha çox enerji və resurs sərf edir, həm böyük gəmilərin daşınması, həm də yüklərin quru nəqliyyatına – məsələn, dəmir yoluna – keçirilməsi əlavə çətinliklər yaradır.

Zəngəzur dəhlizi və ya Trip yolu Orta Dəhlizin komponenti olaraq, dünya okeanlarının artıq strateji olmayan və ya köhnəlmiş aspektlərini nəzərə alaraq bu marşrutun əhəmiyyətini artırır. Həmçinin, regionda, Avrasiyada və qlobal səviyyədə yeganə stabil tranzit xəttidir ki, Azərbaycandan keçir.

Beləliklə, Zəngəzur dəhlizinin strateji dəyəri onun təhlükəsiz, qısa və effektiv tranzit imkanı təmin etməsindədir. Panama kanalına baxsaq, Mərkəzi Amerikada Sakit okeanla Atlantik okeanı birləşdirir, amma artıq gündəmdə əvvəlki qədər aktiv deyil. ABŞ-ın oraya müəyyən iddiaları da mövcuddur. Süveyş kanalı, XIX əsrdən etibarən Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən və dünyanın əsas nəqliyyat kommunikasiya xətti hesab olunan bu kanal da hazırda Yaxın Şərqdə baş verən hadisələr səbəbindən risk altındadır.

Malakka boğazı Hind okeanı ilə Cənub-Şərqi Çin dənizini birləşdirir, lakin burada da eskalasiya artır, Çinin, Yaponiya və ABŞ-ın maraqları toqquşur. Həmçinin, Rusiya kimi böyük bir ölkənin Baltik dənizdən çıxışı məhdudlaşdırılmış, Qara dənizə çıxışı da ciddi şəkildə çətinləşmişdir. Yəni, faktiki olaraq, dəniz və okean yolları üzərindən tranzit imkanları sıfırlanmaq üzrədir.

Buna görə də hazırda dünyanın əsas strateji marşrutu Orta Dəhliz və Zəngəzur dəhlisidir. Bu dəhlisin memarı və bünövrəsini qoyan Cənab Prezidentdir”.

Deputat vurğulayıb ki, onun strateji baxışı və vizionu sayəsində, 6-cı Xəzər Biznes Forumunda Xəzər dənizi və regionu yenidən dünyanın əsas mərkəzi nöqtəsinə çevrilmiş və qlobal tranzit ilə nəqliyyat nəbzinin artmasına səbəb olmuşdur.

“Biz Ermənistan-Azərbaycan münaqişəsini həll etməklə, 80-ci BMT Baş Assambleyasının yubiley sessiyasında bu strateji dəyəri və vizyonu ortaya qoymuş olduq. Beləliklə, biz BMT-yə konkret töhfə vermiş olduq: üzvləri arasında olan münaqişələrdən biri artıq həll edilmişdir, digər münaqişələr isə hələ də eskalasiya etməkdədir.

Bu baxımdan Orta Dəhliz yalnız quru bağlantısı deyil, həm də Xəzər dənizini okeanlar və böyük dənizlər üzərində daha hegemon vəziyyətə gətirir. Məsələn, Qara dənizdə Avropanı Asiyaya birləşdirən Bosfor və Dardanell boğazları, Rus–Ukrayna münaqişəsi fonunda tam funksional deyildir.

Yəni, Orta Dəhliz, Xəzər dənizi və Ələt ticarət limanı yenilikçi bir layihə kimi Panama kanalı, Süveyş kanalı və Malakka boğazını əvəz edə biləcək potensiala malikdir. Orta Dəhliz və ya Zəngəzur dəhlizinin funksional olması ilə Azərbaycan dünyanın əsas logistik və nəqliyyat açarlarından birinin üzərində yerləşir.

Post-BMT dövründə əsas məsələ budur: kim nəqliyyat və logistika xətlərinə nəzarət edir, o, bölgədə söz sahibidir. Bu, Azərbaycanın strateji üstünlüyünü təmin edən əsas amildir”-deyə Tural Gəncəliyev əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Sentyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see238

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see166

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see156

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see154

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see142

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see140

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see139

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see133

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see128

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see128

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see128

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see126

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see123

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see121

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri