Icma.az
close
up
RU
Azərbaycanın qlobal bazarlarda mövqeyi güclənir ŞƏRH

Azərbaycanın qlobal bazarlarda mövqeyi güclənir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına səfəri beynəlxalq əməkdaşlıq və çoxtərəfli diplomatiya platformalarında Azərbaycanın fəal iştirakının göstəricisidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı AZƏRTAC-a şərhində bildirib ki, bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.

“Səfər çərçivəsində ABŞ-ın nüfuzlu korporasiyaları, aparıcı maliyyə institutları və yüksək texnologiyalar üzrə ixtisaslaşmış şirkətləri ilə keçirilmiş görüşlər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın yeni mərhələsini formalaşdırmaq baxımından xüsusi önəm kəsb edir. Müzakirə olunan strateji investisiya layihələri ölkə iqtisadiyyatının diversifikasiyası, yüksək texnologiyaların və innovativ idarəetmə modellərinin tətbiqi, habelə infrastrukturun modernləşdirilməsi istiqamətində əlavə imkanlar açır. Bu kimi təşəbbüslər həm də ölkənin qlobal dəyər zəncirlərinə inteqrasiyasını sürətləndirərək onun regional iqtisadi mərkəz kimi rolunu möhkəmləndirir. Bundan əlavə, ABŞ tərəfi ilə aparılan dialoq nəticəsində xarici investorlar üçün əlverişli və proqnozlaşdırıla bilən biznes mühitinin təşviqi, hüquqi-normativ bazanın təkmilləşdirilməsi və maliyyə alətlərinin şaxələndirilməsi kimi məsələlər diqqət mərkəzindədir. Bu kontekstdə əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq iqtisadi sistemdə etibarlı tərəfdaş kimi imicini daha da gücləndirir və uzunmüddətli dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılması üçün zəmin yaradır”,- deyə o qeyd edib.

İİTKM-nin şöbə müdiri vurğulayıb ki, Prezident İlham Əliyevin Nyu-York səfəri çərçivəsində “Neuberger Berman”, “Brookfield Asset Management” və “Blackstone” kimi dünyanın aparıcı investisiya şirkətlərinin rəhbərləri ilə görüşləri Azərbaycanın beynəlxalq maliyyə inteqrasiyasının dərinləşməsi və qlobal iqtisadi əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Bu görüşlərdə Dövlət Neft Fondu ilə uzunmüddətli tərəfdaşlığın uğurları vurğulanıb, yeni layihələr çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri qeyd edilib. Beynəlxalq investorlar tərəfindən ölkədə aparılan iqtisadi islahatların, sabitlik, şəffaflıq və davamlı inkişaf prinsiplərinə əsaslanan iqtisadi kursun yüksək qiymətləndirilməsi Azərbaycanın etibarlı tərəfdaş və rəqabətqabiliyyətli investisiya məkanı kimi mövqeyini möhkəmləndirir. Müzakirələr göstərir ki, Azərbaycanın bərpaolunan enerji potensialı və regional enerji mərkəzinə çevrilmə perspektivləri ölkəmizin beynəlxalq əməkdaşlığının yalnız maliyyə sahəsi ilə məhdudlaşmadığını, strateji enerji gündəminə də təsir göstərdiyini nümayiş etdirir. “Brookfield Asset Management” kimi qlobal investisiya nəhəngləri ilə qurulan tərəfdaşlıq isə Azərbaycanın iqtisadi transformasiyasını sürətləndirmək və qlobal bazarlarda dayanıqlı mövqe qazanmaq üçün geniş imkanlar yaradır. “Blackstone” kimi alternativ investisiyalar sahəsində qlobal liderlərlə qurulan tərəfdaşlıq milli iqtisadiyyatın diversifikasiyası, maliyyə dayanıqlığının gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır”.

Lətif Zeynallı əlavə edib ki, Prezident İlham Əliyevin ABŞ səfəri yalnız ikitərəfli münasibətlərin inkişafına xidmət etmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi proseslərdə rolunu gücləndirən, strateji inkişaf prioritetlərinə uyğun yeni əməkdaşlıq platformalarının yaradılmasına təkan verən həlledici və strateji təşəbbüs kimi qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri