Icma.az
close
up
RU
Deputat: “Azərbaycanın mövqeyi daha da güclənəcək”

Deputat: “Azərbaycanın mövqeyi daha da güclənəcək”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycanın enerji bazarında strateji mövqeyi getdikcə güclənir. 

Hazırda ölkəmiz 12 dövlətə təbii qaz ixrac edir ki, bunlardan 10-u Avropa ölkələridir. Prezident İlham Əliyevin Şimali Makedoniya Prezidenti ilə keçirdiyi görüşdə vurğuladığı kimi, Azərbaycan ötən il xarici bazarlara 25 milyard kubmetr qaz tədarük edib. Avropa İttifaqı ilə imzalanmış enerji tərəfdaşlığı bəyannaməsi Azərbaycanın bu sahədə etibarlı və uzunmüddətli tərəfdaş kimi qəbul edildiyini göstərir. 

Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır. Bu əməkdaşlıq təkcə enerji sektoru ilə məhdudlaşmır, gələcəkdə digər sahələrə də sirayət edərək daha geniş tərəfdaşlıq perspektivləri yarada bilər. 

"Azərbaycan Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Xüsusilə, Avropa İttifaqına (Aİ) daxil olan ölkələr qış mövsümünə keçid zamanı qaz ehtiyatlarını artırmağa çalışırlar. Son illərdə bu məsələ daha da aktuallaşıb, çünki Ukrayna ilə Rusiya arasında davam edən müharibə qaz təchizatını siyasi məsələyə çevirib". 

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında milllət vəkili Arzu Nağıyev deyib. 

Onun sözlərinə görə, Avropaya gedən qaz əsasən Rusiyanın Kursk vilayətindən keçirdi, lakin bu gün həmin ərazidə müharibə davam etdiyi üçün bu marşrutda problemlər yaranıb:

"Alternativ enerji mənbələrinin əhəmiyyəti artdığından, Azərbaycan bu sahədə etibarlı tərəfdaş kimi ön plana çıxır. Hazırda Azərbaycanın təbii qaz ixrac etdiyi əsas ölkələr İtaliya, Yunanıstan, Bolqarıstan, eləcə də Türkiyə və Gürcüstandır. 2027-ci ilə qədər daha bir neçə dövlətin də Azərbaycan qazı ilə təmin olunması planlaşdırılır. 

Azərbaycan il ərzində hasil etdiyi 50 milyard kubmetrdən çox qazın təxminən yarısını TANAP və TAP boru kəmərləri vasitəsilə Avropaya, Türkiyə və Gürcüstana ixrac edir. Qalan hissə isə ölkənin daxili tələbatını ödəməyə yönəldilir. Avropa İttifaqına üzv dövlətlərin rəhbərləri ilə keçirilən görüşlərdə Azərbaycanın enerji sahəsində strateji tərəfdaş kimi önəmi bir daha vurğulanır. Avropanın Rusiya qazına alternativ olaraq Azərbaycan qazına üstünlük verməsi bu əməkdaşlığın nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. 

Son dövrlərdə Şimali Makedoniya da daxil olmaqla bir sıra ölkələr enerji sahəsində Azərbaycanla strateji tərəfdaşlıq etmək niyyətindədirlər və bununla bağlı müvafiq sazişlər imzalanıb. Bu proses Azərbaycanın apardığı müstəqil daxili və xarici siyasətin mühüm istiqamətlərindən biri olaraq qalacaq və ölkənin enerji bazarında mövqeyini daha da gücləndirəcək". 

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: enerji bazarı deputat “Azərbaycan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Mart 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri