Icma.az
close
up
RU
Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi “Bakı Enerji Həftəsi” (“Baku Energy Week”) qlobal enerji gündəliyinin aktual məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrilib. Təşkil edildiyi illər ərzində “Baku Energy Week” qlobal tədbirlər təqvimində həmişə gözlənilən hadisələrdən biri olub. İyunun 1-də hazırda regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Bakı Enerji Həftəsi” 31-ci dəfə fəaliyyətə başlayıb.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

Deputat bildirib ki, “Bakı Enerji Həftəsi”nin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı tarixə qısa ekskurs edib, ABŞ-ın liderliyi ilə güclü beynəlxalq əməkdaşlıq formatında keçilən yolda qazanılan böyük uğurlardan məmnunluğunu bildirib, enerji diplomatiyasının yeni çağırışlarına diqqət çəkib.

"Ümumiyyətlə, “Bakı Enerji Həftəsi”ndən bəhs edərkən ilk növbədə tarixə nəzər salmaq lazımdır. Bu tədbirin təməlində dayanan Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoyub. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşüb. “Bakı Enerji Həftəsi”ni qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biri kimi səciyyələndirən dövlətimizin başçısı vurğulayıb: “Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır”.

Millət vəkilinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib:

"Dövlətimizin başçısının “Bakı Enerji Həftəsi”nin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu və əhəmiyyətini təsdiqləyir. ABŞ və Türkiyə prezidentləri, eləcə də Böyük Britaniyanın Baş naziri kimi dünya liderlərinin tədbir iştirakçılarına məktublar ünvanlamaları bu tədbirin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini bir daha ifadə edir. Bu il “Baku Energy Week”də dünyanın 44 ölkəsindən 274 şirkət iştirakını təsdiq edib. Tədbirin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsi, Fransa, Hindistan, Filippin, Gürcüstan, İordaniya, İspaniya, İsveçrə, İtaliya, Lüksemburq, Qətər, Qazaxıstan, Kanada, Litva, Macarıstan, Misir, Moldova, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və digərlərini əhatə edir. Almaniya və Rusiya “Bakı Enerji Həftəsi”ndə milli pavilyon ilə təmsil olunur.

Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir. Sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər.

Azərbaycan Prezidenti çıxışında “Bakı Enerji Həftəsi”nin fəaliyyətinə önəm verən dünya liderlərinə təşəkkürünü ifadə edib. “Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm”, - deyə dövlətimizin başçısı vurğulayıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar. Əslində, belə manipulyasiyaların yeganə məqsədi karbohidrogen ehtiyatları ilə zəngin olan dövlətlərə təzyiq göstərmək idi. Bəlli dairələr özlərinin çirkin məqsədlərini pərdələmək məqsədilə ekoloji problemləri, qlobal istiləşməni bəhanə gətirirdilər. Ağ Evdə administarsiya dəyişikliyindən sonra belə əsassız iddiaların səngidiyi müşahidə edilir”,-deyən Samir Vəliyev əlavə edib ki, Ağ Evdə administarsiya dəyişikliyindən sonra Azərbaycan və ABŞ liderləri arasında səmimi münasibətlər formalaşıb. Dövlət başçılarının müntəzəm qaydada məktublaşmaları və bir-birlərinin ünvanına xoş sözlər ifadə etmələri bunun əyani təsdiqidir. Xüsusi olaraq vurğulayaq ki, ABŞ lideri Azərbaycan Prezidenti İlham Əliyevə xitab edərkən bir qayda olaraq “Böyük Lider” ifadəsini dilə gətirir ki, bu da Azərbaycannın dövlət başçısının dünyada artan nüfuzunun daha bir təsdiqidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 İyun 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri