Icma.az
close
up
RU
Deputat bu nazirimiz haqda danışdı: “Proses bir mərkəzdən idarə olunub”

Deputat bu nazirimiz haqda danışdı: “Proses bir mərkəzdən idarə olunub”

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“COP29-a ev sahibliyi Azərbaycana böyük ehtiramın və ölkəmizdə yaşıl enerji siyasəti başda olmaqla, həyata keçirilən tədbirlərə münasibətin ifadəsi olduğu kimi, tədbirin yekunları da ölkəmizin diplomatiya tarixinin qızıl səhifəsi hesab olunmalıdır”.

Bu sözləri Globalinfo.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov ölkəmizdə keçirilən COP29 tədbirini dəyərləndirərkən deyib.

O, COP29-u ən uğurlu COP kimi qiymətləndirib:

“Sirr deyil ki, qütblərarası ziddiyyətin dərinləşdiyi bir dövrdə Azərbaycanın qlobal Şimal və qlobal Cənubu bir araya gətirəcəyi və konsensusa nail olacağı bir çox beyin mərkəzləri tərəfindən inandırıcı hesab edilmirdi. Lakin iqlim dəyişiklikləri ilə mübarizənin əsas sənədi olan Paris Sazişinin düyün nöqtəsinə çevrilmiş 6-cı maddəsinin məhz Azərbaycanın gərgin səyləri və vasitəçiliyi ilə razılaşdırıla bilməsi, habelə, əsas hədəf olan iqlim maliyyəsi sahəsində Bakı məqsədlərinin qəbul edilməsi bu yanlış gözləntiləri alt-üst etməklə bərabər, ölkəmizin güc və imkanlarını bir daha ortaya çıxardı. Beləliklə, möhtərəm Prezidentin özünün də ifadə etdiyi kimi, heç şübhəsiz ki, COP29 bu günə qədərki COP-lar arasında ən uğurlularından biri və bəlkə də, birincisi hesab olunmalıdır”.

Bəhruz Məhərrəmov

Deputat deyib ki, prosesin uğurla realizəsində heç şübhəsiz ki, Prezident İlham Əliyevin qlobal miqyaslı liderliyinin, onun şəxsiyyətinə olan ehtiramın, habelə şəxsi qətiyyətinin həlledici rolu vardır:

“Eyni zamanda Təşkilat Komitəsinin bu istiqamətdə gərgin, lakin şəffaf və korrekt yol xəritəsinə malik fəaliyyəti xüsusi qeyd edilməlidir. O cümlədən hökumət strukturlarının bu istiqamətdə qarşılıqlı və koordinasiya olunmuş fəaliyyəti, xüsusən tədbirin təhlükəsiz və ictimai asayişin mühafizə olunduğu şəraitdə keçirilməsi, yol hərəkətinin ən yüksək səviyyədə təşkili fonunda Azərbaycan polisinin fəaliyyətini biz ayrıca qeyd etməliyik. Heç şübhəsiz ki, diqqət mərkəzində olan personalardan biri COP prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev idi. Əlbəttə, M.Babayevin fəaliyyətini ona etimad göstərən möhtərəm Prezident qiymətləndirə bilər və proseslərin gedişatı, dövlət başçısının ümumi yekunlardan razılığı onu deməyə əsas verir ki, Muxtar müəllim ona göstərilən bu yüksək etimadı doğrulda bildi. Lakin biz unutmamalıyıq ki, bütün bu proseslər cənab Prezidentin liderliyində reallaşan vahid bir prosesin tərkib hissəsidir və bir mərkəzdən idarə olunub”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri