Icma.az
close
up
RU
Deputat Qusarda keçirilən əməliyyatdan danışdı: Bu proses davam etdiriləcək

Deputat Qusarda keçirilən əməliyyatdan danışdı: Bu proses davam etdiriləcək

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan xüsusi xidmət orqanları, eyni zamanda hüquq-mühafizə orqanları dini radikal qruplara qarşı mübarizəni davam etdirməkdədir. Məlumdur ki, dini radikal qruplaşmalar  həm daxildə müəyyən havadarlara malikdirlər, həm də xaricdən maliyyələşirlar. Bu qruplar dövlət və dövlətçilik əleyhinə müəyyən addımlar atmaqda davam edirlər. Bunun qarşısını almaq üçün xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları  keçirdikləri son əməliyyat nəticəsində beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan, dini ekstremist, eyni zamanda radikal olan üzvlərin hazırladıqları terror təxribat əməllərini müəyyən ediblər, qanuna zidd fəaliyyətin qarşısını alıblar. DTX və DİN-in keçirdikləri peşəkar əməliyyat nəticəsində onların bəziləri zərərsizləşdirilib, qalanları isə saxlanılıb, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə barələrində cinayət işi başlanılıb". 

Bu sözləri Sitat.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri,  deputat  Arzu Nağıyev deyib. 

O bildirib ki, terror qruplaşmasının içində "Meşə qardaşları" terror təşkilatının üzvləri də olub: "O da məlum olub ki, vaxtilə "Meşə qardaşları" terror qruplaşmasının fəaliyyətində iştirak edən bəzi şəxslər Azərbaycanın Şimal rayonlarında özlərinə bəzi tərəfdaşlar da cəlb edərək bu istiqamətdə addımar atıblar. Onlar terror aktları hazırlayırdılar. Eyni zamanda bir sıra kəndlərdə  meşə massivində sığınacaqlar yaradıb, orada partlayıcı maddələr, silah-sursat və sair döyüş ləvazimatları təchiz etmişdilər ki, gələcəkdə bundan istifadə etsinlər. Keçirilmiş mühüm əməliyyat nəticəsində AR Cinayət Məcəlləsinin bir sıra maddələri ilə - cinayətkar birlik yaratmaq, odlu silah və silah qismində istifadə edilən dgər predmetlərdən istifadə etməklə dini fanatizm zəminində terrorçuluğa hazırlıq maddələri ilə təqsirli biliniblər, məsuliyyətə cəlb ediliblər. Bu proses davam etdiriləcək. Müxtəlif vaxtlarda Suriyada, İraqda, digər dövlətlərdə müəyyən hazırlıqlar keçmiş, sonradan müxtəlif yollarla Azərbaycana gəlib burada dövlətçiliyə qarşı bu cür əməllər planlaşdırılan şəxslərə qarşı ciddi addımlar atılacaq". 

A. Nağıyev vurğulayıb ki, bu Azərbaycanın müstəqil daxili və xarici siyasətinin nəticəsidir: "Ali Baş Komandanın tapşırığına uyğun olaraq dövlətin xüsusi xidmət və hüquq-mühafizə orqanları bu istiqamətdə mübarizəni daha da genişləndiriblər. Hər bir məsələ dövlət qurumlarının nəzarətindədir və bundan sonra da radikal qruplaşmalara qarşı  bu cür əməliyyatların şahidi olacağıq".

Tehran,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://sitat.info
archiveBu xəbər 03 Fevral 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri