Icma.az
close
up
RU
Deputat: Deyəcəkdik ki, Naxçıvan da işğal altındadır

Deputat: Deyəcəkdik ki, Naxçıvan da işğal altındadır

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu gün tam məsuliyyəti ilə bunu söyləmək olar ki, əgər ulu öndər Heydər Əliyevin 1990-cı ilin iyul ayında və 1991-ci ilin sentyabr ayında Naxçıvanda hakimiyyətə gəlişi təmin edilməsəydi, belə olan vəziyyətdə biz torpaqlarımızın işğal altında olması ilə bağlı faktı dilə gətirərkən yəqin ki, başqa bir acı həqiqəti də söyləmiş olardıq. Deyərdik ki, ərazimizin 20 faizi işğal altındadır, hətta daha çox hissəsi işğal altında olacaqdı".

Ölkə.az xəbər verir ki, bunu deputat Elman Nəsirov parlamentdə çıxışı zamanı deyib.
Deputat daha sonra deyib:

"Bir az daha açıq desəm, deyəcəkdik ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon və Naxçıvan işğal altındadır. Bircə Heydər Əliyevin hakimiyyətə gəlişi Naxçıvanda imkan vermədi ki, Naxçıvanı ermənilər işğal etsin. Halbuki Naxçıvanı işğal etmək digər ərazilərimizi işğal etməkdən qat-qat asan idi. Çünki Ermənistanla sərhəddə yerləşirdi.

Təkcə Heydər Əliyev fenomeni bu faciənin qarşısını aldı. Eyni məntiqlə söyləyərdim ki, əgər ulu öndər Heydər Əliyev 1990–1991-ci illərin reallığında Azərbaycanda hakimiyyətə gəlsəydi, o halda nə torpaqlarımız işğal altına düşəcəkdi, nə Xocalı faciəsini yaşayacaqdıq, nə vətəndaş müharibəsi təhlükəsi olacaqdı və Azərbaycanın daha böyük, daha təntənəli inkişafı təmin ediləcəkdi.

Sözlərimin təsdiqi kimi onu qeyd edim ki, 1997-ci ilin iyul-avqust ayında ulu öndər Heydər Əliyevin Birləşmiş Ştatlara 10 günlük ilk rəsmi səfəri oldu. Bu səfər zamanı ulu öndərə Hyuston şəhərinin meri ABŞ-ın 16-cı prezidenti Abraham Lincolnun büstünü bağışladı. O şəxs ki, amerikalılar ona ömürləri boyu minnətdarlıq edirlər və söyləyirlər ki, əgər o olmasaydı, bugünkü Birləşmiş Ştatlar, bugünkü fövqəldövlət də olmazdı. Yəni parçalanmış, iki hissəyə bölünmüş bir Birləşmiş Ştatlar olardı.

Abraham Linkoln ABŞ-ın bütövlüyünü qoruyub saxladı və eyni məntiqlə söyləyirlər ki, ulu öndər Heydər Əliyev Azərbaycanın bütövlüyünü qoruyub saxladı, onun parçalanmasının qarşısını aldı və Azərbaycanda vətəndaş müharibəsinə son qoydu.

Xalqımız həm də ulu öndərə ona görə minnətdardır ki, o, özündən sonra İlham Əliyev kimi böyük bir şəxsiyyəti yetişdirdi".

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 İyun 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri