Icma.az
close
up
RU
Deputat: Naxçıvan Konstitusiyasına dəyişikliklər Vətən müharibəsindəki qələbəmizin nəticəsidir

Deputat: Naxçıvan Konstitusiyasına dəyişikliklər Vətən müharibəsindəki qələbəmizin nəticəsidir

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında həyata keçirilən dəyişikliklər ilk növbədə Vətən müharibəsində əldə etdiyimiz qələbəmizin parlaq nəticəsidir".

Bunu Milli Məclisin bugünkü plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Oxu.Az-a deyib.

O bildirib ki, Ali Qanunumuzun bütövləşməsi ölkəmizin həyatında konstitusion islahatları həyata keçirməyə imkan verdi:

"Əks halda, separatizmin mövcud olduğu şəraitdə, unitar quruluşumuzun və dövlət idarəçiliyindəki iyerarxiyanın: bir dövlət-bir prezident-bir konstitusiya prinsipinin tətbiqini qeyri-mümkün edərdi. Ona görə də əldə olunan parlaq hərbi Zəfərimizin indi ölkəmizin bütün coğrafiyasında - onun hər kvadratmetrində gerçəkləşməsinə yol açması tarixi hadisədir və biz indi mühüm milli əhəmiyyət daşıyan hüquqi aktı müzakirə edirik".

"1990-cı illərdə ulu öndərin SSRİ rəhbərliyindən xalqımıza dönüşü və faktiki Azərbaycanı məhz Naxçıvandan başlayaraq xilas etməsi milli tariximizin həm də hüquqi-siyasi tərcümeyi-halıdır. O zaman Heydər Əliyevin müstəsna qərarları həm də onun Ali Məclisin sədri olması ilə bağlıdır, nəinki kiçik bir coğrafiyanı qoruduğunu, eləcə də sonra bütün xalqımızın qurtuluşunda mühüm rol oynadığını qəbul edirlər. Status və Konstitusiya hesabına torpağı qorumaq nümunəsi, müdafiəsini təşkil etməsi Heydər Əliyevin liderliyi ilə öz təntənəsini tapdı. İndi isə Ali Baş Komandan İlham Əliyev yeni tarix yazır, regional-beynəlxalq gerçəklik yaradır", - deputat vurğulayıb.

Z.Oruc əlavə edib ki, dəyişikliklər məhz hüquqi xarakter daşıyır və blokada şəraitində yaşayan, lakin Zəngəzur yolunun açılması ilə coğrafi bütövlüyünə qovuşacaq bir ərazi vahidinin inkişafına xidmət edir:

"Artıq ölkəmizdə müharibədən sonra yeni hüquqi şərait formalaşıb. Naxçıvanın inkişafı üçün operativ və birbaşa idarəçiliyi bərqərar etmək üçün konstitusion islahatları millətimiz də müdafiə edir. Çünki sənəd gələcəkdə Naxçıvanda kadr quruculuğuna və çevik qərarların qəbuluna yol açır".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see180

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see154

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see147

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see146

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see130

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri