Icma.az
close
up
RU
Əbu Dabi Qəbələyə birbaşa aviareys açılıb

Əbu Dabi Qəbələyə birbaşa aviareys açılıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 19 iyun, AZƏRTAC

Qəbələ Beynəlxalq Hava Limanı Birləşmiş Ərəb Əmirliklərinin ultra aşağı büdcəli milli aviadaşıyıcısı “Wizz Air Abu Dhabi”nin Əbu-Dabi–Qəbələ marşrutu üzrə ilk birbaşa reysini qarşılayıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından AZƏRTAC-a bildirilib ki, yeni marşrut Azərbaycanın şimal-qərb bölgəsini Yaxın Şərqin aparıcı aviasiya qovşaqlarından biri ilə birləşdirir və həm turizm, həm də biznes səfərləri üçün sərfəli və birbaşa səyahət imkanları yaradır. Reyslər həftədə üç dəfə — çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Bir istiqamət üzrə biletlərin qiyməti 24,99 dollardan başlayır. Aviabiletləri artıq wizzair.com saytında və WIZZ mobil tətbiqində əldə etmək mümkündür.

İlk reysin başlanması münasibətilə “Wizz Air Abu Dhabi” bu gün bron edilmiş bütün biletlərə 20 faizə qədər xüsusi endirim təklif edir.

"Əbu-Dabi və Qəbələ arasında birbaşa uçuşların başlanması Azərbaycanın regionlarının beynəlxalq nəqliyyat və logistika dəhlizlərinə inteqrasiyası istiqamətində strateji əhəmiyyətə malikdir. Bu uçuş təkcə Qəbələnin qlobal aviasiya xəritəsindəki mövqeyini gücləndirmir, həm də ölkəmizin şimal-qərb regionunun turizm, investisiya və logistika potensialının artırılmasına xidmət edir. Bu marşrutu beynəlxalq hava nəqliyyatının inkişafına dair regional strategiyanın tərkib hissəsi, həmçinin Azərbaycanın Avrasiyanın mərkəzində yerləşən dinamik nəqliyyat qovşağı kimi mövqeyinin gücləndirilməsinə xidmət edən geniş miqyaslı inkişaf konsepsiyasının bir elementi kimi dəyərləndiririk”, - deyə Azərbaycan Hava Limanlarının Əməliyyatlar üzrə direktoru Teymur Həsənov bildirib.

“Bu gün biz WIZZ-in sərfəli səyahətlər xəritəsinə Qəbələni əlavə edərək bu istiqamətə reyslərə başladığımızı qeyd edirik. Birbaşa kommersiya reyslərinin işə düşməsi bölgədə turizmin və iqtisadi inkişafın sürətlənməsi üçün yeni imkanlar yaradır. “Wizz Air Abu Dhabi”nin sərfəli qiymətləri sayəsində Azərbaycanın şimal bölgələrinin sakinləri artıq Əbu-dabinin rəngarəng mədəniyyəti və zəngin irsini kəşf etmək üçün sürətli və rahat imkana malikdirlər. Eyni zamanda, Əbu-Dabidən gələn sərnişinlər bu bölgənin unikal mənzərələrindən və təbiət gözəlliklərindən ilboyu yararlana biləcəklər. Birbaşa hava əlaqəsini qeyd etmək məqsədilə biz bu günə xüsusi 20 faizdək endirim təklif edirik. Şəbəkəmizi genişləndirməyə və sərfəli səyahət imkanları təqdim etməyə sadiq qalırıq, eyni zamanda Əbu-Dabinin unikal qlobal istiqamətlərə çıxış qapısı rolunu daha da gücləndiririk”, - deyə “Wizz Air” şirkətinin kommersiya direktoru Tamara Vallois bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see331

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see318

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see298

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see292

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see283

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see261

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see259

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see258

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see247

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see241

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see238

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see232

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see231

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see225

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see221

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see218

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see213

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see208

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri