Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Əbu Dabi görüşü: sülhə aparan yolun növbəti mərhələsi

Əbu Dabi görüşü: sülhə aparan yolun növbəti mərhələsi

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci il iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş Cənubi Qafqazda sülh prosesinin davamlılığını təmin etmək baxımından mühüm əhəmiyyətə malikdir. Görüşün əvvəlki mərhələsində nümayəndə heyətlərinin iştirakı ilə aparılan müzakirələr, ardınca isə liderlərin təkbətək dialoqu, iki ölkə arasında gərgin keçmişə malik münasibətlərin gələcəyi üçün açar rolunu oynayır.

Qeyd edək ki, 2025-ci il martın 13-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında davam edən 17 bəndlik sülh sazişinin mətni üzrə razılıq əldə olunmuşdur. Ermənistan sülh sazişini imzalamağa hazır olduğunu dəfələrlə bəyan etsə də, lakin sazişin imzalanmasına mane olan amillər mövcuddur. Bunlar arasında Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu kimi sülh sazişinin məzmununa zidd olan məqamların, habelə Minsk Qrupu kimi öz əhəmiyyətini itirmiş təsisatların ləğv edilməsi zərurətidir.
Dövlət başçımız bir neçə dəfə qeyd edib ki, sülhün imzalanması üçün tarixi şans yaranıb və Ermənistanı bu istiqamətdə cəsarətli addımlar atmağa çağırıb. Eyni zamanda ölkə başçımız qeyd edib ki, əgər Ermənistan Konstitusiyaya və normativ hüquqi aktlara düzəlişlər etməsə, Minsk Qrupunun ləğvini bəyanlamasa, o halda imzalanacaq sülh sənədinin də əhəmiyyəti olmayacaq.

Xatırladaq ki, bu ilin mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında diqqətçəkən bir görüş baş tutub. Bu görüş yalnız siyasi baxımdan deyil, həm də psixoloji baxımdan böyük maraq doğurmuşdur.

Budəfəki görüş yeri kimi məhz Əbu-Dabinin seçilməsi xüsusi mahiyyət daşıyır. Əbu-Dabidə baş tutan bu yüksək səviyyəli görüş, heç bir vasitəçi tərəf olmadan, neytral bir platformada - Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyində baş tutdu. BƏƏ Azərbaycana qarşı dost mövqeyi ilə seçilir və illərdir sözügedən prosesdə Azərbaycana qarşı qərəz nümayiş etdirməyib. Həmçinin o da qeyd olunmaldır ki, BƏƏ həm Azərbaycanda, həm də Ermənistanda ən böyük investorlardandır.

Belə ki, Əbu-Dabi görüşü 2020-ci ildəki 44 günlük müharibədən sonra yaranmış yeni reallıqlar fonunda, Azərbaycan və Ermənistan arasında baş tutan danışıqlar zəncirinin davamı olaraq dəyərləndirilir.
Bu gün baş tutan görüşdə ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
Eyni zamanda qeyd edək ki, Azərbaycan və Ermənistan arasında müharibə sonrasında keçirilmiş görüşlərdə əsas müzakirə mövzularından biri sərhədlərin delimitasiya və demarkasiyası məsələsi olmuşdur. Azərbaycan və Ermənistan Respublikalarının Baş nazirlərinin müavinlərinin 2022-ci il mayın 24-də Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilmişdir. Görüş zamanı tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq etdilər və bununla da komissiyaların ardıcıl görüşləri təşkil olunmağa başlamışdır. Növbəti görüşlərdə tərəflər delimitasiya işlərinin həyata keçirilməsi üçün tələb olunan təlimat layihələri müzakirə edib və bununla bağlı məsələlər üzrə fikir mübadilələri aparmışlar.

Şübhəsiz ki, bu istiqamətdə tədbirlər hər iki dövlətin komissiyaları tərəfindən qısa müddətdə ardıcıl olaraq həyata keçiriləcəkdir. Əbu-Dabidə keçirilən görüşdə də sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Bir sözlə, Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, sərhədin delimitasiya və demarkasiyası münasibətlərin normallaşması və tərəflər arasında yekun sülh sazişi üçün ilkin şərtdir. Bu məsələ Ermənistana təqdim edilmiş Azərbaycanın iki ölkə arasında əlaqələrin qurulmasının əsas prinsiplərinə dair təklifində də öz əksini tapmışdır.

Ümumiyyətlə, baş tutan görüş təkcə iki ölkənin münasibətləri deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi baxımından mühüm hadisə kimi tarixə düşür. Bu diplomatik təmas, regionda uzunmüddətli sabitlik və sülhün təmin olunması baxımından yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Əbu-Dabidə keçirilən görüş, Azərbaycan və Ermənistan üçün sülhə aparan yolda dönüş nöqtəsi ola bilər.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 İyul 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri