Deputat: Əməkhaqqının bu cür artırılmasına qarşıyam
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bu cür əməkhaqqının artırılmasına qarşıyam".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Qüdrət Həsənquliyev “Polis haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deyib.
"Tutaq ki, kimsə mənimsəmədə ittiham olunur. İstintaq aparan bilir ki, onu müdafiə etsə, ona pul gələcək. Hakim də bilir ki, ittihamı təsdiqləsə, ona pul gələcək. Biz ittiham olunanın müdafiəsini çətinləşdiririk. Biz pulları dövlətə köçürməliyik. Dövlət özü həmin şəxslərin maaşını gördükləri işin çətinliyinə görə təyin etməlidir",-millət vəkili bildirib.
Qeyd edək ki, qanun layihəsinə əsasən, polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək aşağıdakı vəsaitlər məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürüləcək:
* polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün araşdırma dövründə ibtidai dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;
* polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi.
Yuxarıda nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Firuzə Əliyeva
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 04 İyul 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















