Icma.az
close
up
RU
Deputat: Minimum maaş orta əməkhaqqının 60 faizini təşkil etməlidir

Deputat: Minimum maaş orta əməkhaqqının 60 faizini təşkil etməlidir

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Əli Məsimli əmək haqqı və pensiya haqqında suallara aydınlıq gətirib. Deputat son maaş və pensiya artımlarını da şərh edib.

Deputatın fikirlərinizi oxucularımıza təqdim edirik:

Keçən ilin dekabrında əmək haqqı,pensiya və müavinətlərin artırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında 23 dekabr 2024-cü il tarixli xüsusi prezident sərəncamı ilə bağlı bizə ünvanlanan sualların bir qismini cavablandırmışdıq.Ondan sonra da bu yöndə bizə ünvanlanan sulların davam etdiyini nəzərə alaraq, onları qruplaşdırıb, daha konkret və detallaşaşdırılmış formada cavablandırmağı lazım bildik. Cavablar rəsmi dövlət sənədlərinə istinaq edilərək hazırlanıb. ”Qeyd”hissələrində isə sözügedən məsələyə dair öz fikir və mülahizələrimizi bildirmişik:

Sual: Vahid Tarif Cədvəli üzrə 2025-ci ilin maaş artımı hər bir dərəcə üzrə konkret nə qədər və neçə faizdir,kimlərə şamil edilir və artırılmış əmək haqqları nə vaxtdan başlayaraq veriləcək?

Cavab: Minimum əmək haqqı 345 manatdan 400 manata çatdırıldıqdan sonra Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli və 540 saylı Qərarı ilə təsdiq edilmiş Vahid Tarif Cədvəlinə əsasən bu ilin yanvarından dövlət təşkilatlarında çalışan və dövlət qulluqçusu olmayan işçilərin əməyinin ödənilməsi dərəcələri üzrə aylıq maaşları 1-ci dərəcə üzrə 15,9 faiz artırılaraq 345 manatdan 400 manata, 2-ci dərəcə üzrə 15,9 faiz artırılaraq 359 manat 416 manata, 3-cü dərəcə üzrə 16,7 faiz artırılaraq 371 manatdan 433 manata, 4-cü dərəcə üzrə 15,7 faiz artırılaraq 389 manatdan 450 manata, 5-ci dərəcə üzrə 15,8 faiz artırılaraq 406 manatdan 470 manata,6-cı dərəcə üzrə 16 faiz artırılaraq 422 manatdan 490 manata,7-cü dərəcə üzrə 15,6 faiz artırılaraq 441 manatdan 510 manata,8-cü dərəcə üzrə 15,7 faiz artırılaraq 458 manatdan 530 manata,9-cü dərəcə üzrə 15,1 faiz artırılaraq 478 manatdan 550 manata,10-cü dərəcə üzrə 15,6 faiz artırılaraq 497 manatdan 575 manata,11-cü dərəcə üzrə 15,8 faiz artırılaraq 518 manatdan 600 manata,12-cü dərəcə üzrə 16,2 faiz artırılaraq 538 manatdan 625 manata,13-cü dərəcə üzrə 16 faiz artırılaraq 560 manatdan 650 manata,14-cü üzrə 15,6 faiz artırılaraq 584 manatdan 675 manata,15-cü dərəcə üzrə 15,3 faiz artırılaraq 607 manatdan 700 manata, 16-cı dərəcə üzrə 15,5 faiz artırılaraq 632 manatdan 730 manata, 17-ci dərəcə üzrə 9,5 faiz artırılaraq 694 manatadan 760 manata,18-cü dərəcə üzrə 4,4 faiz artırılaraq 833 manatdan 870 manata,19-cu dərəcə dərəcə üzrə isə 2,2 faiz artırılaraq 1125 manatdan 1150 manata çatdırılıb. Həmin kateqoriyaya aid işçilərə artmış əmək haqqları bu ilin yanvarından verilir.

Sözügedən maaş artımları qeyd edildiyi kimi, dövlət təşkilatlarında çalışan və dövlət qulluqçusu olmayan təqribən 400 min işçiyə və 400 manatdan aşağı maaş alan 300 minə yaxın özəl sektor işçilərinə şamil olunub. Bəzi açıqlamara görə isə dövlət və özəl sektorda bir qədər aşağı-yuxarı olmaq şərtilə təqribən bir-birinə yaxın sayda olmaqla, toplam 700 min nəfərə şamil olunub.

Qeyd: Minimum əmək haqqı 345 manatdan 400 manata çatdırıldıqdan sonra, bu ilin rəsmi pronozlarında və 2025-ci ilin Büdcə Zərfində öz əksini tapan 1070 manatlıq orta əmək haqqının 37 faizi səviyyəsinə uyğun olacaq. Son 10 ildə minimum əmək haqqı 105 manatdan 400 manata yüksəlməklə,orta əmək haqqının 23 faizi səviyyəsindən 37 faizi səviyyəsinə çatıb. Bu sahədə .müsbət dinamika olsa da, Azərbaycanın qoşulduğu beynəlxalq sənədlər baxımından və ölkəməmizdə qəbul olunmuş proqram xarakterli sənədlərin müvafiq tələbləri baxımından yetərli deyil.Ona görə də biz Milli Məclisdə bu məsələ ilə bağlı çıxışlarımızda Azərbaycanın 2004-cü ildə qoşulduğu Avropa Sosial Xartiyasının dördüncü maddəsinin birinci bəndinə,eləcə də maaş alan vətəndaşların əhəmiyyətli bir hissəsinin minimum əmək haqqına yaxın səviyyədə maaş aldığını nəzərə alaraq, ölkəmizdə minimum əmək haqqının birbaşa mümkün deyilsə,heç olmasa mərhələlərlə orta əməkhaqqının 60 faizi səviyyəsinə yəni 600 manatın üstünə qaldırmağın çox vacib olduğunu bildirmişik.

Sual: 2025-ci ildə nəzərdə tutulan pensiya artımları kimlərə şamil olunacaq?

Cavab: Minimum pensiya məbləği 280 manatdan 320 manata çatdırıldıqdan sonra minimum pensiyanın artırılması ilə əlaqədar olaraq 2025-ci ildə nəzərdə tutulan pensiya artımları ilk növbədə 320 manatdan aşağı pensiya alanlara şamil ediləcək.Bu ilin fevralından həmin məbləğdən aşağı pensiya alanların pensiyası 320 manata çatdırılacaq.

Bununla yanaşı bu il əmək pensiyalarının bütün növləri 2024-cü ildə orta aylıq əmək haqqının orta artım tempinə uyğun səviyyədə indeksləşdiriləcək.Hələlik bu artımım 8-9 faiz arasında olacağı barədə fikirlər səsləndirilir. Amma əsl artım rəqəmi gələn ay,yəni fevralın əvvəllərində məlum olacaq. Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə xüsusi prezident cərəncamı verilək.

Qeyd: Keçən il pensiyalar 11,2 faiz artırılmışdı.Bizə olan müraciətlərdən görürük ki, cəmiyyətdə bu il də pensiyaların artımının keçən ildəkinə yaxın bir səviyyədə, yəni ikirəqəmli səviyyədə olacağı barədə gözləntilər var. Amma rəsmi açıqlamarda pensiyaların orta hesabla 8-9 faizlik artacağından söhbət gedir. Keçən ilin noyabrında bu məsələ Milli Məclisdə müzakirə olunarkən bizim irəli sürdüyümüz təkliflərdən biri də əgər 2024-cü ilin yekunua görə əmək haqqının nominal artım tempi birrəqəmli, yəni 9 faizə qədər olarsa, onda nəzərdə tutulmuş indeksləşdirməyə əlavə olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyaçılarına 2022-ci ildə tətbiq edilən 200 manat məbləğində maddi yardımın verilməsinin 2025-ci ildə də yenidən tətbiq edilməsinin zəruriliyi məsələsi olub.

Sual: Pensiya artımı əlillik dərəcəsi olanlara da şamil ediləcıkmi?

Cavab: Pensiya artımı əmək əmək pensiyalarının hər üç növündə, yəni yaşa görə, ailə başçısını itirməyə görə, eləcə də əlilliyə görə əmək pensiyası alanlara da şamil ediləcək.

Sual: Artan pensiyalar nə vaxtdan veriləcək?

Cavab: Pensiyaçılar bu ilin yanvar ayında da əvvəlki məblığdə pensiya aldılar,hələ almayanlar da könhə məblğdə pensiya alacaqlar.Pensiyaçılar artan pensiyalarını yanvar ayının artımı da daxil olmaqla fevral ayında alacaqlar.

Sual: ”Qocalıq pensiyası”adlandırılan yaşa görə müavinət,veteran pulu və digər müavintlər nə vaxt və nə qədər artırılacaq?

Cavab: Sözügedən xüsusi prezident sərəncama uyğun Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində,yəni bu ilin martında hazırlayıb ölkə Prezidentinə təqdim edəcək.Həmin sənəd hazır olandan sonra müavinətlərin də nə qədər artırılacağına aydınlıq gətiriləcək.

Əmək haqqı, pensiya, müavinət və sairin artımı ümumulikdə 3 milyon, o cümlədən təkcə müavinət, təqaüd və sairin artımı isə 1 milyon nəfərdən artıq vətəndaşımızı əhatə edəcək.

Qeyd: Keçən ilin yayında biz bu məsələlər ətrafında Milli Məclisdə çıxış edərkən “veteran pulu” adlandırılan “Müharibə veteranlarına xüsusi Prezident təqaüdünün azı 2 dədə artırılıb 80 manatdan 160 manat çatdırılmasını təklif etmişdik. Hazırda ”Qocalıq pensiyası” adlandırılan yaşa görə müavinətin 220 manatdır. Bu, 2025-ci ildən tətbiq olunan minimum pensiya göstəricisindən 100 manat və ya 45 faiz, ölkə üzrə yaşayış minimundan isə 65 manat və ya 30 faiz azdır. Biz Milli Məclisdə bu barədə çıxış edərkən yaşa görə müavinət alanların ağır durumunu nəzərə alaraq onun məbləğinin yaşayış minimumu ilə əlaqəli şəkildə artırılmasını təklif etmişdik ki, məsələn,bu il üçün həmin müavinət ölkə üzrə yaşayış minimumu kimi müəyyənləşdirilən 285 manatdan aşağı olmasın.

Elçin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Yanvar 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri