Icma.az
close
up
RU
Deputat: Enerji effektivliyi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır

Deputat: Enerji effektivliyi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Enerji effektivliyi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fatma Yıldırım bildirib.

Deputat deyib ki, təbii ehtiyatların səmərəli idarə olunması, enerji təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin qorunması bu gün dövlət siyasətinin bir-biri ilə sıx bağlı olan əsas istiqamətlərindəndir: “2026-cı ilin yaz sessiyasının ilk iclasından başlayaraq komitənin gündəliyində mühüm qanunvericilik məsələləri olub. Yanvarın 22-də keçirilən ilk iclasda üç məsələyə baxılıb, fevralın 17-də isə “Yerin təki haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Bu məsələlər arasında xüsusilə təbii ehtiyatlardan istifadə, enerji resurslarının səmərəliliyi və ekoloji tələblərin təkmilləşdirilməsi ilə bağlı müddəalar diqqət çəkir. Hesab edirəm ki, bu istiqamətdə qanunvericiliyin müasir iqtisadi və ekoloji çağırışlara uyğunlaşdırılması davamlı proses olmalıdır. Burada bir məqamı xüsusi vurğulamaq istərdim. Azərbaycanın enerji siyasəti artıq yalnız ənənəvi enerji resurslarının hasilatı və ixracı ilə məhdudlaşmır. Ölkəmiz bərpa olunan enerji mənbələrinin inkişafını, enerji səmərəliliyini və yaşıl iqtisadiyyata keçidi də strateji istiqamət kimi müəyyən edib. Komitənin qanunvericilik fəaliyyəti də bu yeni mərhələnin tələblərinə uyğun şəkildə formalaşır. Növbədənkənar sessiya dövründə də komitənin fəaliyyəti davam etdirilib. İyulun 7-də keçirilən iclasda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişikliklərlə bağlı layihə, həmçinin “Qaz təchizatı haqqında” Qanunun tətbiqi ilə əlaqədar qanunvericilikdə uyğunlaşdırma xarakterli dəyişikliklər müzakirə olunub. Burada enerji effektivliyi məsələsini ayrıca qeyd etmək istəyirəm. Enerjiyə qənaət artıq yalnız iqtisadi məsələ kimi qəbul edilmir. Bu, həm də ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə və gələcək nəsillər qarşısında məsuliyyət məsələsidir. Ona görə də enerji effektivliyi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır. qarşıdakı dövrdə də əsas məqsədimiz qəbul olunan qanunların yalnız hüquqi baxımdan təkmil olması ilə kifayətlənməməli, onların praktikada effektiv tətbiqinə də diqqət yetirilməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri