Icma.az
close
up
RU
Deputat: İlham Əliyev Azərbaycanın enerji gündəmindəki rolunu bir daha ortaya qoydu

Deputat: İlham Əliyev Azərbaycanın enerji gündəmindəki rolunu bir daha ortaya qoydu

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada keçirilən sammitdə iştirakı və burada Avropa İttifaqının rəhbər şəxsləri, eləcə də bir sıra Avropa ölkələrinin liderləri ilə keçirdiyi ikitərəfli görüşlər ölkəmizin beynəlxalq nüfuzunun və regional əhəmiyyətinin növbəti dəfə təsdiqi oldu. Bu səfər həm Azərbaycanın geosiyasi rolunu, həm də enerji və nəqliyyat sahələrində artan əhəmiyyətini üzə çıxardı. Bir neçə il öncəyə qədər Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı münasibətlərdə müəyyən gərginliklər və haqsız yanaşmalar müşahidə olunurdu. Aİ-nin əvvəlki administrasiyaları tərəfindən Azərbaycanın suverenliyinə və daxili işlərinə münasibətdə qeyri-obyektiv mövqe tutulmuşdu ki, bu da münasibətlərin gələcəyi ilə bağlı bəzi suallar doğururdu. Lakin Azərbaycan dövləti bu məsələlərə qarşı qətiyyətli, prinsipial və ardıcıl yanaşma sərgilədi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət, Azərbaycanın milli maraqlarını açıq şəkildə müdafiə etməsi və beynəlxalq arenada etibarlı tərəfdaş kimi çıxış etməsi nəticəsində bu gərginliklər aradan qalxdı. Aİ-nin mövcud rəhbərliyi ilə dialoqların intensivləşməsi və əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi münasibətləri yeni müstəviyə daşıdı. Bu gün Azərbaycan təkcə regional deyil, qlobal miqyasda da siyasi, geosiyasi, enerji və nəqliyyat sahələrində mühüm aktora çevrilib. Xüsusilə enerji təhlükəsizliyi məsələsində Azərbaycanın oynadığı rol Avropa ölkələri üçün həyati əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan qlobal səviyyədə sabitliyə, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətlərin qurulmasında önəmli iştirakçıdır. Beləliklə, Azərbaycan artıq dünya tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunur və bu statusunu möhkəmləndirməkdə davam edir.


Millət vəkili Sahib Alıyev "Sherg.az"a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Tirana şəhərinə səfəri və bu çərçivədə Avropa ölkələrinin liderləri ilə keçirilən çoxsaylı ikitərəfli görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir: 


"Tirana sammitinin əsas gündəm mövzusu enerji təhlükəsizliyi ilə bağlı olub. Bu səbəbdən Prezident İlham Əliyev bu tədbirdə iştirak etməyi məqsədəuyğun hesab edib. Qeyd edək ki, Qranada sammitindən sonra Azərbaycan tərəfi bu tipli tədbirlərə selektiv yanaşma sərgiləyirdi. Tirana sammitinə qatılmaqla Prezident İlham Əliyev Azərbaycanın enerji gündəmində nə qədər mühüm rol oynadığını, Avropanın enerji təhlükəsizliyində ölkəmizin əvəzolunmaz tərəfdaş olduğunu bir daha ortaya qoydu. Sammit çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Prezident İlham Əliyev ilə görüşündə Azərbaycanın Aİ üçün "vacib və etibarlı tərəfdaş" kimi tanınması, enerji böhranı dövründə Azərbaycanın verdiyi dəstəyin yüksək qiymətləndirilməsi, həmçinin Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin qurulmasında və Orta Dəhlizin inkişafında Azərbaycanın aparıcı rolunun etiraf olunması olduqca mühüm siyasi siqnaldır. Bu, Azərbaycanın beynəlxalq miqyasda yürütdüyü müstəqil, praqmatik və milli maraqlara əsaslanan xarici siyasətin konkret nəticəsidir. Bilirsiniz ki, yeni dünya düzənində nəqliyyat və kommunikasiya xətləri uğrunda gedən rəqabət fonunda Azərbaycanın mövqeyi daha da güclənməkdədir. Orta Dəhlizin Azərbaycan ərazisindən keçən hissəsi bütövlükdə dövlətimizin nəzarəti altındadır və bu infrastruktur heç bir xarici maliyyə dəstəyi olmadan, tamamilə Azərbaycanın öz vəsaiti hesabına reallaşdırılıb. Bu fakt Azərbaycanın iqtisadi müstəqilliyinin və strateji planlaşdırma bacarığının real təzahürüdür".


S. Alıyevin sözlərinə görə, Prezident İlham Əliyevin Tirana sammiti çərçivəsində keçirdiyi çoxsaylı ikitərəfli görüşlər təkcə rəsmi xarakter daşımayıb, həm də qarşılıqlı maraqlara və əməkdaşlıq perspektivlərinə əsaslanan siyasi dialoqların platformasına çevrilib:

"Bu görüşlər Avropa ölkələrinin Azərbaycanla əməkdaşlığa verdiyi yüksək əhəmiyyəti və marağı göstərdi. Enerji təhlükəsizliyi, “yaşıl enerji” keçidi, nəqliyyat marşrutları və iqtisadi layihələr üzrə geniş miqyaslı əməkdaşlıq təşəbbüsləri Azərbaycanı Avropa üçün əvəzolunmaz strateji tərəfdaş statusuna yüksəldib.Eyni zamanda, bu diplomatik fəallıq Cənubi Qafqaz regionunda Azərbaycanın lider mövqeyini, sülh və sabitlik təşəbbüslərindəki aparıcı rolunu bir daha təsdiqlədi. Avropa ölkələrinin Azərbaycanın regional layihələrinə maraq göstərməsi və fəal iştirak arzusunu ifadə etməsi də bunu sübut edir. Uzun illər ərzində Ermənistan Aİ ilə münasibətlərdə özünü yeganə tərəfdaş kimi göstərməyə çalışıb, Azərbaycanı bu platformalardan təcrid etmək niyyətində olub. Təəssüf ki, bu yanaşmanı dəstəkləyən müəyyən Aİ dairələri də mövcud idi. Lakin Prezident İlham Əliyevin milli maraqlara söykənən prinsipial və balanslaşdırılmış siyasəti bu cəhdlərin uğursuzluğa düçar olmasına gətirib çıxardı. Azərbaycanın enerji, nəqliyyat və geosiyasi sahələrdə artan əhəmiyyəti Aİ üçün strateji tərəfdaşlıq modelini yenidən formalaşdırdı. Bu gün Aİ-Azərbaycan münasibətləri təkcə siyasi müstəvidə deyil, həm də iqtisadi, enerji və nəqliyyat sferalarında dərinləşən və qarşılıqlı inam üzərində qurulan əməkdaşlıq formatına keçib. Bu münasibətlərin hazırkı vəziyyəti Azərbaycanın regionda və dünyada güclənən mövqeyini, beynəlxalq sistemdə etibarlı tərəfdaş kimi qəbul olunduğunu və müstəqil diplomatiyasının uğurla nəticələndiyini açıq şəkildə nümayiş etdirir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 May 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri