Icma.az
close
up
RU
Deputat: “Prezidentin fikirləri bir daha Azərbaycanın mövqeyini ortaya qoydu

Deputat: “Prezidentin fikirləri bir daha Azərbaycanın mövqeyini ortaya qoydu

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"Cənab Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın mövqeyini bir daha dəqiq və aydın şəkildə ortaya qoydu".

Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, Prezidentin dəfələrlə vurğuladığı kimi, Ermənistanla sülh müqaviləsinin imzalanması regionda uzunmüddətli sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyət daşıyır:

"Bu prosesin uzanması bir sıra risklər yarada bilər. Ən böyük risk bölgədə sabitliyin pozulması, iqtisadi və nəqliyyat layihələrinin gecikməsi, həmçinin Ermənistan daxilində revanşist qüvvələrin sülh prosesinə mane olmağa çalışmasıdır.

Bunun qarşısını almağın ən vacib mexanizmlərindən biri Ermənistan Konstitusiyasında hələ də mövcud olan Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır".

Millət vəkili qeyd edib ki, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmaq, region dövlətlərinin təşəbbüsləri və beynəlxalq vasitəçilərin ədalətli mövqeyi prosesi sürətləndirə bilər:

"Azərbaycan isə qalib dövlət olaraq hər zaman sülhə hazır olduğunu nümayiş etdirir və qətiyyətli mövqeyini davam etdirir. Azərbaycan tarixən islam dünyasında həmrəyliyin güclənməsinə və inkişafına böyük töhfələr verib. 

Bu mövqeyi daha da gücləndirmək üçün humanitar sahədə bir sıra layihələrin reallaşdırılmaq mümkündür. Təhsil mübadilə proqramlarının genişləndirilməsi, birgə elmi-tədqiqat təşəbbüsləri, təqaüd proqramlarının yaradılması, səhiyyə sahəsində ortaq tibbi missiyalar və humanitar yardım proqramları mühüm əhəmiyyət kəsb edir".

Deputatın sözlərinə görə, islam həmrəyliyini gücləndirəcək mədəni tədbirlərin təşkili də ölkəmizin rolunu artıracaq:

"Azərbaycanın ev sahibliyi etdiyi İslam Həmrəyliyi Oyunları və humanitar forumlar isə bu istiqamətdə nümunəvi addımlardır. Cənab Prezident İlham Əliyevin diqqət çəkdiyi tolerantlıq və multikulturalizm siyasəti Azərbaycan dövlətçiliyinin əsas prioritetlərindən biridir. Azərbaycanda dinlər və məzhəblərarası dialoq çox yüksək səviyyədədir.

Bunun əsas səbəbi məhz dövlət başçısı tərəfindən hər bir dinə və onların daşıyıcılarına eyni münasibətin göstərilməsi və yüksək şəraitin yaradılmasıdır. Möhtərəm Prezidentin çıxışı məhz bu mühiti pozmağa çalışan qüvvələrə ünvanlanan dolğun cavab idi".

Günay Ağamalı diqqətə çatdırıb ki, etnik-milli və dini məzmunlu gərginliklərin artdığı bir dövrdə Azərbaycan modelinin bütün dövlətlər tərəfindən tətqiq və tətbiq etmək zəruridir:

"Bu dəyərlərin dünyada tanıdılması üçün yeni təşəbbüslər önəmlidir. İlk növbədə beynəlxalq media platformalarında Azərbaycanın təcrübəsinin geniş işıqlandırılması, müxtəlif ölkələrdə mədəniyyət mərkəzlərinin və sərgilərin təşkili bu sahədə təsirli ola bilər.

Eyni zamanda, gənclər arasında beynəlxalq mübadilə proqramlarının və yay məktəblərinin keçirilməsi, müxtəlif din və mədəniyyətlərdən olan gənclərin ölkəmizdə bir araya gətirilməsi Azərbaycanın bu modelini dünyaya tanıtmaq baxımından əhəmiyyətlidir".

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: Prezident Müsahibə Azərbaycan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Avqust 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri