Icma.az
close
up
RU
Deputat: İlham Əliyevin sərəncamı yeni məsuliyyət və imkanlar yaradır

Deputat: İlham Əliyevin sərəncamı yeni məsuliyyət və imkanlar yaradır

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi barədə imzaladığı sərəncam dövlətimizin uzunmüddətli inkişaf strategiyasının məntiqi və ardıcıl davamıdır. 

Bu mühüm sərəncam Azərbaycanın şəhər mühitinin keyfiyyətcə yeni mərhələyə keçidini, müasir memarlıq yanaşmaları ilə milli-mədəni irsin vəhdətini təmin etməyə yönəlmiş strateji çağırışdır.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları uğurla icra olunur:

“Xüsusilə paytaxt Bakı ilə yanaşı, bölgələrdə müasir şəhərsalma standartlarına uyğun infrastruktur layihələrinin həyata keçirilməsi, yaşayış məkanlarının yenilənməsi və ictimai mühitin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu proseslərin daha sistemli, planlı və konseptual şəkildə davam etdirilməsinə xidmət edəcək”.

Deputat bildirib ki, dövlət başçısının sərəncamın xüsusi əhəmiyyəti işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri fonunda daha aydın görünür:

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirilən layihələr müasir şəhərsalma təfəkkürünün, ekoloji tarazlığın və innovativ texnologiyaların tətbiqinin bariz nümunəsidir. 

Bu ərazilərdə yeni şəhər və kəndlərin salınması, tarixi-memarlıq abidələrinin bərpası Azərbaycanın gələcəyə baxışını və dayanıqlı inkişaf modelini əks etdirir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində memarlıq irsinin qorunması, milli memarlıq məktəbinin təşviqi, eyni zamanda beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi xüsusi önəm kəsb edəcək. 

Şəhər mühitində insan amilinin ön plana çəkilməsi, rahat, təhlükəsiz və estetik yaşayış məkanlarının yaradılması sosial rifahın yüksəldilməsinə xidmət edəcək əsas hədəflərdən biridir. Bu baxımdan, müasir şəhərsalma yalnız tikinti prosesi deyil, həm də sosial, mədəni və ekoloji dəyərlərin harmoniyasını təmin edən kompleks yanaşmadır”.

S.Salmanova onu da qeyd edib ki, Prezident İlham Əliyevin bu sərəncamı dövlət qurumları ilə yanaşı, memarlar, mühəndislər və vətəndaş cəmiyyəti institutları üçün də yeni məsuliyyət və imkanlar yaradır:

“Elmi-praktik konfransların, ictimai müzakirələrin, memarlıq müsabiqələrinin təşkili, gənc mütəxəssislərin təşviqi və peşəkar potensialın gücləndirilməsi şəhərsalma sahəsində innovativ ideyaların reallaşmasına təkan verəcək. Nəticə etibarilə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın müasir, dayanıqlı və insan yönümlü inkişaf modelinin daha da möhkəmlənməsinə xidmət edəcək. Bu təşəbbüs milli kimliyimizi əks etdirən memarlıq dəyərlərinin qorunması ilə yanaşı, gələcək nəsillər üçün rahat və estetik şəhər mühitinin formalaşdırılmasında mühüm rol oynayacaq və ölkəmizin inkişaf salnaməsində əlamətdar bir mərhələ kimi yadda qalacaq”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see314

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see201

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see172

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see159

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see148

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see142

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see139

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see134

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see133

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see132

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri