Icma.az
close
up
RU
İlham Əliyevin rəhbərliyi ilə idmanımız yeni zirvələrə irəliləyir Deputat

İlham Əliyevin rəhbərliyi ilə idmanımız yeni zirvələrə irəliləyir Deputat

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci il Azərbaycan idmanı üçün tarixi nailiyyətlərlə yadda qalmışdır. Prezident İlham Əliyevin ilin idman yekunlarına həsr olunmuş mərasimdə səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, ölkəmizdə idmanın inkişafı təsadüfi deyil, ardıcıl və məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. Dövlət başçısının qeyd etdiyi kimi, bu il Azərbaycan idmançıları beynəlxalq yarışlarda 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal qazanaraq rekord göstəriciyə imza atmışlar. Keçən illə müqayisədə əldə olunan bu artım idmana göstərilən diqqətin və yaradılan imkanların real nəticəsidir.

Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, idmanın inkişafı təkcə medallar və titullarla ölçülmür. Əsas məqsəd sağlam gənc nəslin yetişdirilməsidir. Sağlam gənclik isə ölkənin gələcək inkişafının, güclü dövlətin və sağlam cəmiyyətin əsas təminatıdır. Uşaqlıqdan idmana marağın formalaşdırılması gələcək idman uğurlarının təməlini qoymaqla yanaşı, fiziki və mənəvi cəhətdən sağlam vətəndaşların yetişməsinə xidmət edir. Bu baxımdan, idman siyasəti gənclər siyasətinin ayrılmaz tərkib hissəsidir.

Dövlət başçısının xüsusi olaraq diqqət çəkdiyi mühüm məqamlardan biri də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsidir. Prezident İlham Əliyev vurğulamışdır ki, gənclərin fiziki hazırlığı ilə mənəvi saflığı vəhdət təşkil etməlidir. Yalnız bu halda ölkənin davamlı və uğurlu inkişafı mümkündür. Azərbaycan cəmiyyətində hökm sürən həmrəylik və vətənpərvərlik mühiti, xüsusilə son illərdə baş verən tarixi hadisələr fonunda, bu siyasətin düzgünlüyünü bir daha təsdiqləyir. İdman isə gənc nəslin milli ruhda formalaşmasında mühüm rol oynayır.

2025-ci ilin əsas idman hadisələrindən biri MDB ölkələrinin üçüncü Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkili olmuşdur. Bu Oyunların özəlliyi ondan ibarət idi ki, yarışlar təkcə Bakıda deyil, ölkənin bir neçə şəhərində, o cümlədən Gəncədə və Xankəndidə keçirilmişdir. Minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə belə mötəbər idman tədbirinin təşkili Azərbaycanın geniş imkanlarını və yüksək təşkilatçılıq bacarığını nümayiş etdirmişdir. İdmançılarımızın komanda hesabında ikinci yeri tutması isə ölkə idmanının gücünü bir daha sübut etmişdir. Bu kimi beynəlxalq tədbirlər Azərbaycanın idman potensialını və müsbət imicini dünya ictimaiyyətinə təqdim edir.

İlin digər əlamətdar hadisəsi ölkəmizdə ilk dəfə UFC üzrə beynəlxalq turnirin keçirilməsi olmuşdur. Dünya miqyasında ən populyar idman yarışlarından biri olan UFC-nin Bakıda təşkili Azərbaycanın qlobal idman xəritəsində mövqeyinin daha da möhkəmləndiyini göstərir. Minlərlə iştirakçının və dünya mediasının diqqət mərkəzində olan bu turnir ölkəmizin müasirliyi, təhlükəsizliyi və yüksək infrastruktur imkanlarının parlaq nümunəsi kimi dəyərləndirilmişdir.

Formula 1 Azərbaycan Qran-Prisi də ölkəmizin beynəlxalq tanıtımında xüsusi rol oynamaqda davam edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ilk Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır. Bu il yarışın bütün biletlərinin əvvəlcədən satılması və 20 minə yaxın tamaşaçının yarışı canlı izləməsi tədbirə olan marağın göstəricisidir. Yarım milyardlıq televiziya auditoriyası qarşısında Bakının gözəlliyinin nümayiş etdirilməsi ölkəmizin effektiv təqdimatıdır və turizmin inkişafına güclü təkan verir.

Azərbaycan idmanının inkişafı təkcə yay idman növləri ilə məhdudlaşmır. İlk dəfə olaraq Qusar rayonunda, Şahdağ Xizək Turizm Mərkəzində Xizək üzrə Dünya Kubokunun keçirilməsi ölkəmizin qış idman növləri sahəsində də mühüm nailiyyətidir. Şahdağ artıq beynəlxalq xizək idmanı təqviminə daxil olmuşdur. İnfrastrukturun genişlənməsi, yeni trasların salınması və özəl sektorun artan marağı bölgədə minlərlə iş yerinin yaradılmasına səbəb olmuş, yerli əhalinin sosial rifahına müsbət təsir göstərmişdir.

Bununla yanaşı, ölkə üzrə güclü nəqliyyat və turizm infrastrukturu - beynəlxalq hava limanları, dəmir yolu xətləri, müasir yollar, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri idman tədbirlərinin təşkili üçün yeni imkanlar yaradır. Artıq azad edilmiş ərazilərdə də avarçəkmə və digər idman yarışlarının keçirilməsi Azərbaycanın idman coğrafiyasının genişləndiyini göstərir.

2025-ci ilin daha bir tarixi hadisəsi Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsidir. Bu nüfuzlu ad Azərbaycanda idmanın inkişafına verilən beynəlxalq qiymətin təzahürüdür. Prezident İlham Əliyev əminliklə bildirmişdir ki, Azərbaycan bu şərəfli adı ləyaqətlə daşıyacaq və idman sahəsində əldə olunan uğurlar davamlı olacaq. Sonda dövlət başçısı vurğulamışdır ki, Azərbaycanın idman şöhrətini ucaldan idmançıların və mütəxəssislərin əməyinin qiymətləndirilməsi artıq uzun illərdir davam edən ədalətli və şəffaf bir ənənədir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycan idmanı yeni zirvələrə doğru inamla irəliləyir və ölkəmiz beynəlxalq idman ailəsində layiqli yerini daha da möhkəmləndirir.

Zaur Şükürov

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Dekabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri