Icma.az
close
up
RU
Deputat: İnsan alveri ilə bağlı yeni çağırışlar Milli Fəaliyyət Planında nəzərə alınmalıdır

Deputat: İnsan alveri ilə bağlı yeni çağırışlar Milli Fəaliyyət Planında nəzərə alınmalıdır

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırlanan Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Milli Fəaliyyət Planında insan alveri ilə bağlı yeni çağırışlar nəzərə alınmalıdır.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində deputat Naqif Həmzəyev deyib.

Deputat transsərhəd insan alveri şəbəkələri regional və beynəlxalq cinayətkar şəbəkələrin fəaliyyəti nəticəsində Azərbaycan vətəndaşlarının xarici ölkələrdə istismarı, tranzit və təyinat ölkəsi kimi Azərbaycanın üzləşdiyi çağırışlara toxunub: “Azərbaycan turistlər üçün cəlbedici ölkəyə çevrilib, viza almaq asanlaşdırılıb. Bundan istifadə edən transmilli cinayətkar qüvvələr var ki, onlara qarşı mübarizəni gücləndirməliyik. Bəzən tələbələr xaricdə oxumaq üçün viza ala bilmirlər, lakin saxta yollarla tələbə adını qazanan əslində başqa məqsədlə Avropa və digər ölkələrə getməyi planlaşdıran şəxslərə isə asanlıqla viza verilir. Bu məsələlərdə koordinasiya mütləqdir”.

Naqif Həmzəyev insan alveri qurbanlarının müəyyənləşdirilməsi və hərtərəfli dəstəklə təmin edilməsini də zəruri sayıb, məlumatlandırma və maarifləndirmə sahəsində çatışmazlıqların aradan qaldırılmasını vacib hesab edib: “Qurbanlara uzunmüddətli sosial, psixoloji və iqtisadi dəstəyin gücləndirilməsi zəruridir. Risk qrupuna aid şəxslərin, xüsusilə əhalinin həssas təbəqələrinin insan alveri təhlükələri barədə məlumatlılıq səviyyəsi artırılmalıdır. Azərbaycanın ucqar kəndləri, hətta kəndlərdən kənarda olan fermer təsərrüfatları var ki, orda çoxlu sayda insanlar yaşayır. Onların bəlkə də televiziyaya, mediaya çıxışı olmasa da, əllərində smartfonlar var, sosial şəbəkələrdən aktiv istifadə edirlər. Sosial şəbəkələrin özündə də maarifləndirmə işləri artırılmalıdır. Qurbanları biz vaxtında aşkarlaya bilmirik, ya da aşkarlasaq belə lazımi dəstək verə bilmirik. Çünki qurbanlar çox vaxt baş vermiş hadisəni gizlədirlər. Yeni Milli Fəaliyyət Planında bu istiqamətlərdə çatışmazlıqların aradan qaldırılması üçün addımlar atılması nəzərdə tutulmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 May 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri