Icma.az
close
up
RU
Deputat: İranın hücumu ilə bağlı Prezidentə zənglər bizə düşmən gözü ilə baxanlara mesajdır

Deputat: İranın hücumu ilə bağlı Prezidentə zənglər bizə düşmən gözü ilə baxanlara mesajdır

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranın Naxçıvana dron hücumu ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə edilən zənglər bizə düşmən gözü ilə baxanlar üçün mesajdır.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Deputat deyib ki, dünən Naxçıvana İrandan dron hücumu ilə bağlı bir sıra dövlət başçılarının Azərbaycan Prezidenti ilə telefon əlaqəsi saxlayaraq münasibət bildirməsi, belə halların qəbuledilməz olduğunu vurğulaması və mənəvi dəstəklərini nümayiş etdirməsi ölkələrarası münasibətlərin göstəricisi və dost yanaşmasının ifadəsidir: “Dost dar gündə tanınar. Naxçıvana edilmiş terror hücumundan dərhal sonra dünyanın müxtəlif yerlərindən ölkəmizə dəstək zəngləri və məktubları gəlməkdə davam edir. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed və Pakistanın Baş naziri Şahbaz Şərifin dövlət başçımızla birbaşa əlaqə saxlayaraq ölkəmizə edilmiş bu terror aktını qınadıqlarını və ölkəmizin yanında olduqlarını ifadə etmələri bizə düşmən gözü ilə baxanlar üçün bir mesajdır. Azərbaycan bu ölkələrlə strateji tərəfdaş və müttəfiqdir”.

Azər Badamov qeyd edib ki, Pakistanın nüvə dövləti kimi Azərbaycanı dəstəkləməsi mühüm amildir: “Bu gün Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Pakistanın Baş naziri İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınadığını bildirib, bu çətin gündə Pakistan dövləti və ordusunun Azərbaycan dövləti və ordusunun yanında olduğunu qeyd edib, Azərbaycanın Pakistana hər zaman güvənə biləcəyini deyib. Şahbaz Şərif Azərbaycan-Pakistan dostluğu və qardaşlığının davam edəcəyini vurğulayıb. Azərbaycan Prezidenti və Pakistanın Baş naziri yaxşı və çətin günlərdə ölkələrimizin daim bir-birinin yanında olduqlarını və istənilən qarşılıqlı dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar.
Bu, Pakistanla Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin ruhuna uyğundur. Pakistanın Ermənistanı təcavüzkar dövlət kimi tanıması, onunla diplomatik əlaqələr qurmaması, hətta bu məsələni Azərbaycanın mövqeyi ilə uzlaşdırması, Pakistan Baş nazirinin və hərbçilərinin Bakıda keçirilmiş hərbi paradda iştirakı xüsusi qeyd olunmalıdır. Bir məqamı da xatırlatmaq gərəkdir. İranın Pakistan istiqamətində də raket atəşi həyata keçirməsi və layiqli cavabını alması yaddaşlardan silinməyib. Aydın görünür ki, İran yalnız onun başa düşdüyü dillə danışmağı qəbul edir. Eynilə Azərbaycanın sərt mövqeyi də İranı geri çəkilməyə məcbur etdi, hərbi hissələrini sərhəddən uzaqlaşdırdı. Azərbaycanın texniki imkanları böyükdür və hətta İranın dərinliyində də hərəkətliliyi müşahidə etməyə imkan verir. Buna görə də İran tərəfi bilməlidir ki, Azərbaycana qarşı hər hansı hərəkətlilik mütləq şəkildə layiqincə cavablandırılacaq”.

Deputat vurğulayıb ki, bu gün dövlət başçımıza edilən zənglər ölkəmizin tək olmadığını, yanımızda güclü dostlarımızın olduğunu bir daha təsdiq edir: “Dövlət başçımızın uğurlu beynəlxalq siyasəti və dövlət başçıları ilə formalaşmış şəxsi dostluq münasibətləri ölkəmizin gücünü bir daha artırır və mövqeyimizi gücləndirir. Azərbaycan tək deyil və dostları ilə birlikdə daha güclüdür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Mart 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri