Icma.az
close
up
RU
Deputat: İranın məqsədi ölkəmizi orada yaşayan azərbaycanlılara düşmən kimi göstərməkdir

Deputat: İranın məqsədi ölkəmizi orada yaşayan azərbaycanlılara düşmən kimi göstərməkdir

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Son vaxtlar İran mediasında anti-Azərbaycan ritorikası kəskin şəkildə yüksəlib.

İrana qarşı 12 günlük müharibə zamanı Azərbaycanın İsrailə guya hərbi dəstək verməsi ilə bağlı fikirlər səsləndirilir.

Həmçinin Suriya prezidentinin Azərbaycana səfəri zamanı Azərbaycanın vasitəçiliyi ilə Bakıda baş tutan Suriya-İsrail danışıqlarının İrana qarşı yönəldiyi iddia edilir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki, İranın ideoloji mərkəzləri Azərbaycana qarşı daima yalan, iftira, böhtan istehsal etməklə ölkəmizi İranda yaşayan 40 milyon azərbaycanlıya düşmən kimi göstərməyə çalışır:

"Bu da səbəbsiz deyil. Çünki İranda yaxşı başa düşülür ki, din adında, İslam adında orada təbliğ olunan radikal məzhəbçilik İslam da deyil, din də. Sadəcə fars şovinizmini ayaqda tutan ideoloji əsaslardır, siyasiləşmiş fars millətçiliyidir ki, onun adına radikal işlər məzhəbçiliyi deyirlər. Ona görə də bu nöqteyi-nəzərdən çıxış edərək, 40 milyon azərbaycanlını əsarətdə saxlamaq üçün hər fürsətdə bu rejim bizi bizə (Azərbaycanı azərbaycanlılara) düşmən kimi göstərir. Bizim milli identikliyimizi pozmağa, milli kimliyimizi xaotikləşdirməyə çalışır və ortaq maraqlardan çıxış etməyimizin qarşısını alır. Ona görə də istər İsrail-İran müharibəsi ərəfəsində, istər ondan sonrakı dövrdə daima bu ideoloji mərkəzlər Azərbaycana iftira atmaqla məşğuldurlar. Bu gün də bu davam edir, sabah da davam edəcək. Nə qədər ki, radikal məzhəb rejimi İranda ayaqdadır bir o qədər də bu həmlələr Azərbaycana qarşı davam edəcək".

Onun sözlərinə görə, sevindirici məsələlərdən biri artıq İran ictimaiyyətinin xeyli maariflənməsidir:

"Müasir dövrdə kimin kim olduğunu, hansı ölkənin necə davrandığını gizlətmək mümkün deyil. Məsələn, İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərindən sonra qayıdarkən açıqlama verdi ki, Azərbaycan ərazisindən İran hədəfə çevrilməyib. Azərbaycan tərəfindən İranın hava sərhədləri pozulmayıb. Buna baxmayaraq, bir gün sonra yenidən Əli Əkbər Vilayəti Azərbaycana qarşı iftiralar atmağa başladı".

Deputat həmçinin vurğulayıb ki, nə qədər İranın Suriyada vasitəçi qüvvələri var idi, Əsəd rejimi İranı dəstəkləyirdi İranda müharibə, ölüm, terror var idi, ölkə dağılırdı:

"İranın yaratdığı reallıqlardan biri də bu idi. Ancaq İranın vasitəçi qüvvələri Suriyadan təmizləndikdən sonra artıq sabit mərhələyə qədəm qoyuldu. Suriya terror, vətəndaş müharibəsi ölkəsi olmaqdan xilas olub özünün yeni gələcəyinə doğru addımlamaqdadır. Burada əlbəttə ki, Azərbaycan da tarixən bizə yaxın, eyni zamanda strateji müttəfiqimizlə ümumi sərhədlərə malik bir ölkənin inkişafında maraqlıdır. Belə olan halda Azərbaycan-Suriya danışıqları İranı nəyə görə narahat etməlidir? Bunun hər hansı məntiqi əsası yoxdur.

Azərbaycan dəfələrlə bəyan edib ki, ikitərəfli hər hansı münasibətlər üçüncü ölkəyə tərəf yönəlmir. O cümlədən, İranda da bu bilinir. Belədir".

Hikmət Babaoğlu qeyd edib ki, İran özü öz ərazisinə nəzarət edə bilmir:

"İsrail İran ərazisində paralel hakimiyyət yaradıb, paralel dövlət qurub. Molla rejiminin yaratdığı bütün hərbi bazaların yanında alternativ bazalar yaradıb. Buna görə də İran ərazisini öz ərazisindən vurdu. Bunu da hamı gördü. Bu günə qədər də İsrailin İrandakı gizli ordu nümayəndələrini tapıb üzə çıxara bilmirlər. Tapılan İsrail agentlərinin istisnasız olaraq hamısı farslardır. Onların arasında bir dənə azərbaycanlı yoxdur. Azərbaycanlılar öz həyatını İran üçün qurban verib onun mənafeyini qoruyur. İran budur. Ona görə də səsləndirilən fikirlərin hamısı yalandır. Düşünürəm ki, İranda yaşayan azərbaycanlılar da bunu görürlər, fərqindədirlər. Bir gün onlar öz hüquqlarını qətiyyətlə tələb edəcəklər, özlərini əzdirməyəcəklər. Çünki azərbaycanlılar İranda etnik azlıq deyil, etnik çoxluqdur, İran dövlətinin qurucu üsuludur. Min ildir ki, bu belədir, bu gün də belədir, min il sonra da belə olacaq. İranın sahibi azərbaycanlılar və orada yaşayan digər xalqlardır. Heç bir molla rejimi özünü İranın sahibi hesab etməsin. Nəticə etibarilə İran xalqının farsı, türkü, kürdü, qaşqayı, türkməni, balıcı, ərəbi ilə yaxşı yaşamağa, regionda gedən böyük quruculuq prosesinə inteqrasiya olunmağa haqqı var".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 İyul 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri