Deputat: Mina təhlükəsi ciddi təhdid yaradır
Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
Milli Məclisdə mina təhlükəsizliyi ilə bağlı ictimai dinləmənin keçirilməsi təklif edilib.
Reyting.az xəbər verir ki, Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında belə bir təkliflə çıxış edib.
Onun sözlərinə görə, müzakirəni bir neçə komitənin birgə əməkdaşlığı ilə reallaşdırmaq olar:
"Mina təhlükəsi yalnız təhlükəsizliyə deyil, ekoloji resurslara, maddi-mənəvi irsə, torpağa və digər sahələrə ciddi təhdid yaradır. Mina probleminin konsepsiyasını hazırlamaq və il ərzində dinləmə formatında müzakirəyə çıxarmaq məqsədəuyğun olar".
Deputat Ağdərədə Prezident İlham Əliyevin təməlini qoyduğu Xüsusi Əməliyyat Mərkəzinin və orada planlaşdırılan fəaliyyətlərin xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb:
"Beynəlxalq hərbi əməkdaşlıq sazişlərindən irəli gələn öhdəliklərin icrası üçün Ağdərə Xüsusi Əməliyyat Mərkəzindən istifadə edilə bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 21 Yanvar 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















