Icma.az
close
up
RU
Ermənistan regionda sülh və təhlükəsizliyə ciddi təhdid yaradır Deputat

Ermənistan regionda sülh və təhlükəsizliyə ciddi təhdid yaradır Deputat

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mina problemi çox ciddi bir problemdir. Bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərinə birbaşa maneə törədir.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Azər Allaverənov deyib.

Onun sözlərinə görə, baxmayaraq ki, Ermənistan tərəfi kapitulyasiya aktına imza atmışdı, üçtərəfli bəyanatla üzərinə öhdəliklər götürmüşdü, bununla belə, 44 günlük müharibədən sonra da özünün işğalçı siyasətini davam etdirmişdi: 

"Ərazilərimizin bir hissəsi yenə də Ermənistan silahlı qüvvələrinin işğalında qalmışdı, Azərbaycanın suveren hüququ həmin ərazilərdə bərpa olunmamışdı. 2023-cü ilin sentyabrında baş vermiş 23 saatlıq lokal anti-terror tədbirlərinə qədər Ermənistan həmin ərazilərə 2021-2022-ci illərdə istehsal olunmuş minaların basdırılmasına nail olmuşdur. Təqribi hesablamalara görə, bu müddət ərzində ölkə ərazisinə 1 milyondan çox mina basdırılıb. Hətta Laçın rayonunun Qorçu kəndində ərazilər var idi ki, orada 1 kv metrə 6-8 mina basdırıldığı aşkar olunmuşdu. Bu da ondan xəbər verir ki, Ermənistan heç vaxt sülhdə maraqlı olmayıb. Maksimum çalışıb ki, müharibə bitsə də belə basdırdığı minalara görə keçmiş məcburi köçkünlərin qayıdışını əngəlləsin, normal həyata qayıdışa maneə yaratsın, bərpa-quruculuq, infrastruktur layihələri həyata keçirilməsin". 

Deputat bildirib ki, beynəlxalq praktikada minaların təmizlənməsi daha böyük resurslar hesabına başa gəlir. Eyni zamanda, daha çox vaxt tələb olunur. Təqribi hesablamalara görə azad edilmiş ərazilərdə 44 günlük müharibəyə qədər  minaların təmizlənməsi ilə bağlı müəyyən qiymətləndirmələr aparılmışdır. Bildirilirdi ki, 15-25, hətta 30 il ərzində  minalardan təmizləmə üçün vaxt tələb oluna bilər. Amma 44 günlük müharibədən sonra nəzərə alsaq ki, işlər böyük sürətlə gedir, Azərbaycan öz resursları hesabına həmin ərazilərdə minaların aşkarlanması üçün zəruri tədbirlər həyata keçirir. Ən azından keçmiş məcburi köçkünlərin qayıdışının daha təhlükəsiz şəkildə olması üçün zəruri şəraitin yaradılması istiqamətində mühüm işlər icra edir. 

"Ermənistan guya ki, Azərbaycana minaların xəritəsini verib, amma sonrakı mərhələdə dəqiqləşdirmələr aparıldıqdan sonra bəlli olmuşdu ki, xəritələrdə reallığa uyğunluq 15-25 faiz arasındadır. Ermənistan vaxtı uzatmaqla, manipulyasiya etməklə çalışır ki, sürünən düşmən kimi dəyərləndirilən minalar vasitəsilə öz terror fəaliyyətini davam etdirsin. Təəssüflər olsun ki, bir neçə gün əvvəl baş vermiş mina partlayışları zamanı mülki şəxslər ağır xəsarətlər alıblar. Bu da ondan xəbər verir ki, mina müharibəsi hələ də davam etməkdədir. Əgər Ermənistan sülh istəyirsə, reallıqlara uyğun koordinatları təqdim etməlidir. Ermənistan yalnız verbal şəkildə özünü sülh tərəfdarı olaraq qələmə verməyə çalışır", - deputat əlavə edib. 

A.Allaverənov beynəlxalq ictimaiyyətin bu məsələdəki yanaşmasına da toxunub. Onun sözlərinə görə, təəssüf ki, Azərbaycanın müraciətlərinə baxmayaraq, xarici aktorlar Ermənistanı bununla bağlı adekvat addımlar atmağa məcbur etməyib:

"Xarici qüvvələr Azərbaycanla bağlı hansısa tələblər, şərtlər  irəli sürməyə çalışırlar. Tək Azərbaycan deyil, bəşəriyyət qarşısında böyük cinayətlər törətmiş Ermənistan beynəlxalq birliyin tənbehi ilə üzləşmir, təzyiqə məruz qalmır. Ermənistan Cənubi Qafqazda sülh və təhlükəsizliyə ciddi təhdid yaradır, zamanında da bölgədə terroru birbaşa  dəstəkləyib, amma onda da beynəlxalq aktorlar hər hansı sərt qərar qəbul etmədilər. Yəni, bu ikilistandartların mövcudluğunu göstərir. Ermənistana bu şəkildə sığal çəkməklə revanşist qüvvələrə də dəstək göstərmiş olurlar". 

Deputat onu da qeyd edib ki, bütün bunlara rəğmən güclü  Azərbaycan hər zaman öz sözünü deyir, beynəlxalq münasibətlər sistemində ölkəmizin nüfuzu gündən-günə artır.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Aprel 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri