Icma.az
close
up
RU
Deputat: “Ölkəmiz regional “orta güc” dövlətinə çevrilib”

Deputat: “Ölkəmiz regional “orta güc” dövlətinə çevrilib”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında çıxışı zamanı qeyd etdiyi vacib məqamlardan biri də məhz artıq Azərbaycanın 1992-ci ilin Azərbaycanı olmaması və bu gün dövlətimizin güclü, özünü müdafiə etməyə qadir olan dövlət olması ilə bağlı idi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələri arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi çağrışlara rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib:

“Cənab Prezidentin Xocalı Soyqırımı Memorialının açılışında çıxışı zamanı qeyd etdiyi uğurlar özünü iqtisadi sferada da göstərməkdədir. 2003-cü ildən sonra, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb.  

Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 85 milyard dollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənib.

Azərbaycanın güclənməsi işğaldan azad olunan torpaqlarımızın intensiv bərpa və yenidən qurmasına imkan yaratmaqdadır. Böyük Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda 28697 nəfər artıq məskunlaşıb.

Bu 7154 ailənin ev ilə təmin edilməsi deməkdir. 2026-cı ilin yanvarın 1-dən sonrakı, 2 aya  yaxın müddətdə, isə 2863 keçmiş məcburi köçkün işğaldan azad olunan ərazilərimizdə məskunlaşıb. Bu həmin yalnız 2 ayında keçmiş məcburi koçkünlərimizin dövlət tərəfindən 646 evlə təmin edilməsi deməkdir”.

V.Bayramov əlavə edib ki, yeni dövrün yeni hədəfləri kontekstində Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədən rəqabətin gücləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, gizli iqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirləri müşahidə edəcəyik. Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan yeni uğurlara imza ataraq inkişaf dinamikasını daha da gücləndirəcək.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Fevral 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri