Vüqar Bayramov: Ölkəmiz orta güc dövlətinə çevrilib
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidentinin ölkəmizlə bağlı xoş sözləri Azərbaycanın regional gücünü və geosiyasi mövqeyini daha da gücləndirir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.
O vurğulayıb ki, Sülh Şurası dünyanın aparıcı iqtisadi güclərini birləşdirir. Üzv dövlətlərin birgə ÜDM-lərinin həcmi 54.4 trilyon dollar təşkil edir ki, bu da dünya iqtisadiyyatının üçdə birinə bərabərdir. Azərbaycanın yüksək səviyyəli iclasa dəvət olunması ölkəyə göstərilən xüsusi diqqətin göstəricisidir.
Vüqar Bayramov əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çox vektorlu xarici siyasət Azərbaycanın geosiyasi mövqeyini gücləndirərək ölkəni regional “orta güc” dövlətinə çevirib. Bu siyasət həm Qərb, həm də Şərq tərəfdaşlıqlarını möhkəmləndirir və regional təhlükəsizliyin qorunmasında rol oynayır.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 20 Fevral 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















