“Azərbaycan artıq orta güc dövlətinə çevrilib” Deputat
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Prezidentin Mədəniyyətlərarası Dialoq Forumunda son çıxışı çox mühüm fikirlər və məqamlarla yadda qaldı”.
Bunu Redaktor.az-a açıqlamasında deputat Tural Gəncəliyev bildirdi.
Millət vəkili vurğuladı ki, Azərbaycan suveren, müstəqil siyasət yürüdən, öz siyasətini milli iradəsinə və maraqlarına uyğun şəkildə formalaşdıran dövlətdir:
“Biz məhz müstəqil və suveren siyasətimizin nəticəsində böyük uğurlar əldə etmişik. Ermənistanın işğalına son qoyan Azərbaycan artıq orta güc dövlətinə çevrilib. Hazırda Azərbaycan təkcə regionda deyil, dünyada da beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq siyasətin və qlobal gündəmin formalaşmasına öz töhfəsini verir, mühüm rol oynayır. Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq müstəqil və suveren siyasət yürütməklə yanaşı, digər dövlətlərdən də bu prinsiplərə riayət etmələrini gözləyir. Cənab Prezident son 35 il ərzində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ikili standartlara məruz qaldığımızı da xüsusi olaraq vurğulayıb.
Təəssüf ki, vaxtilə Azərbaycan torpaqları işğal altında olmasına baxmayaraq, beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət işğalçı Ermənistanı qınamaq, onu torpaqlarımızdan çıxmağa məcbur etmək əvəzinə, bəzən Azərbaycanı hədəfə alır, ölkəmizə qarşı diplomatik və siyasi qaralama kampaniyaları aparırdı. Biz beynəlxalq təşkilatların ikili standartlarının və ədalətsiz mövqeyinin dəfələrlə şahidi olmuşuq”.
Müsahibimiz xatırlatdı ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə uzun illər kağız üzərində qalıb və heç bir şəkildə icra olunmayıb:
“Eyni zamanda, ATƏT-in Minsk qrupunun keçmiş həmsədrlik institutu problemin həllinə nail olmaq əvəzinə, onun uzanmasına xidmət edirdi. Təəssüf ki, bu ikili standartlar bu gün də dünyada davam edir. Beynəlxalq hüquq və beynəlxalq prinsiplər güclü olmayan dövlətlərə münasibətdə fərqli şəkildə tətbiq olunur. Zəif və ya nisbətən az gücə malik ölkələr dərhal ikili standartlarla üzləşirlər. Azərbaycan isə öz gücünə, resurslarına, ordusuna, xalqın və dövlətin birliyinə arxalanaraq bu çətinliyin öhdəsindən gəlib və torpaqlarımızı işğaldan azad edib. Cənab Prezidentin dünyaya ünvanladığı bəyanatda və müvafiq tədbirdə səsləndirdiyi fikirlərdə Azərbaycanın yeni güc mərkəzi, orta güc dövləti kimi beynəlxalq səhnəyə çıxdığı və özünü bu statusda təqdim etdiyi bir daha təsdiqlənib”.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 27 Oktyabr 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















