Icma.az
close
up
RU
Deputat: Paşinyanın çıxışında qorxaqlıq özünü büruzə verir

Deputat: Paşinyanın çıxışında qorxaqlıq özünü büruzə verir

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

“Reallıq bundan ibarətdir ki, Azərbaycan 30 illik münaqişəyə ədalətli sülhlə son qoymaq istəyir. Rəsmi Bakının konkret tələbləri var və İrəvan onu yerinə yetirmək məcburiyyətindədir. Həmin tələblər yerinə yetirilməyincə sülhdən söhbət gedə bilməz".


Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.


 O, qeyd edib ki, ərazi iddiasından geri çəkilməyən və onu öz konstitusiyasında qanuniləşdirməyə çalışan Ermənistan bu yanlışlığı, 35 illik yalanı aradan qaldırmalı, vətəndaşlarına əsl həqiqəti söyləməlidir:


"Petrosyan, Koçaryan və Sarkisyan bütünlüklə yalan və qondarma iddialar üzərindən hakimiyyətə gəlib və onu müəyyən dövr ərzində qoruyub saxlayıblar. Beynəlxalq qanunlar Ermənistanın əlehinə işləsə də bəzi dövlətlərin himayəsi altında cinayət məsuliyyətindən müvəqqəti yayına biliblər. Bu gün Azərbaycan bütün mənalarda və bütün sahələr üzrə güclüdür və beynəlxalq təşkilatlarla, iri dövlətlər qarşısında öz haqlarını qorumaq imkanına sahibdir. Ermənistanın müharibəyə qədərki müqaviməti, iddiası keçərsiz olub. Ermənistanın indiki lideri, baş nazir Paşinyanın Azərbaycanla bağlı dediyi fikirlər, hər addımda Bakını hədəf kimi göstərməsi, ölkəmizin əlehinə etdiyi çıxışlar yalnız daxili auditoriyanı sakitləşdirməyə, özünü təmizə çıxarmağa hesablanıb. Onun çıxışında qorxaqlıq özünü büruzə verir. Azərbaycan haqqında ehtiyatlı danışır, həqiqətlər, reallıqlar qarşısında aciz durumda olduğu hər addımda özünü göstərir.  Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi Yegişe Kirakosyanın istefasına gəlincə, onu xüsusi olaraq qeyd etməliyəm ki, onun Azərbaycan haqqında söylədikləri fikirlər bütünlüklə yalan, iftira, üstəlik ədalətsiz idi. Yəqin ki, bu yanaşmanı Avropa İnsan Haqları Məhkəməsində təmsil olunan digər ölkələrin nümayəndələri də görməmiş deyildilər. Ora İnsan Haqları Məhkəməsidir, Ermənistan isə bəşəri, insanlıq əlehinə cinayət törətmiş, terrorçu dövlətdir. Bu ölkənin nümayəndəsinin həmin Məhkəmədə təmsilçiliyi belə absurddur. Bəli, Bakı Ermənistan nümayəndəsinin istefasında maraqlı idi".


Aydın Hüseynov əlavə edib ki, Yegişe Kirakosyanın Qarabağda mövcud olmuş separatçıların Bakıda keçirilən məhkəməsi barədə dediyi qərəzli, beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanmış fikirləri onun istefasını tezləşdirməli idi və belə də oldu:

"Dünyanın heç bir dövləti, beynəlxalq təşkilatlardan heç biri indiki halda məhkəmənin gedişatına təsir etmək gücündə deyillər. Çünki, separatçıların liderləri Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərin müəllifləri, təşkilatçıları və icraediciləridir. Onlar layiq olduqları cəzanı almalıdırlar. Bu prosesdə Azərbaycanın mövqeyinə təsir edə biləcək heç bir qurum, təşkilat, yaxud dövlət yoxdur. Cinayətkarların cəzalandırılmasını beynəlxalq qanunlar da tələb edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Mart 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see262

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see217

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see163

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see152

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see145

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see144

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri