Paşinyanın deputat qaynı soyuldu FOTO
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naməlum şəxslər Nikol Paşinyanın qaynı, Vətəndaş Müqaviləsi Partiyasının deputatı Qraçya Akopyanın malikanəsini qarət ediblər.
Milli.Az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, soyğunçuluq ilin əvvəlində baş verib, lakin Akopyan bu faktı gizlətməyə çalışıb və bunu müxtəlif növ spekulyasiyalar yaratmaq istəməməsi ilə izah edib.
Hadisə isə partiyadaxili dairələrdə fəal müzakirə olunur. Nəşr iddia edir ki, bəziləri istehza ilə qeyd edirlər ki, deputat səfərlərdə yoxa çıxmaq əvəzinə ailə məsələlərinə daha çox vaxt ayırsaydı, oğurluğun qarşısını almaq olardı.
Daxili İşlər Nazirliyi jurnalist sorğusuna cavab olaraq təsdiqləyib ki, yanvarın 14-də Dzoraxbyur kəndində evdən oğurluq edilməsi barədə məlumat daxil olub, materiallar İstintaq Komitəsinə göndərilib.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 22 Yanvar 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















