Icma.az
close
up
RU
Paşinyanın qovduğu deputat yeni partiya yaratdı

Paşinyanın qovduğu deputat yeni partiya yaratdı

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bir müddət öncə Ermənistanın hakim “Mülki müqavilə” partiyasından xaric edilən deputat Ovik Ağazaryan partiya yaratdığını elan edib.
Modern.az-ın məlumatına görə, bu barədə o, sosial şəbəkədə bildirib.

“Təşəbbüs qrupu adından bəyan etmək səlahiyyətinə malikəm ki, Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada partiyanın yaradılması prosesinə başlayırıq”, - Ağazaryan yazıb.

Deputatın sözlərinə görə, yeni siyasi təşkilat “Vahid Milli Sosialist Partiyası” adlanacaq. Partiyanın təsis yığıncağının vaxtı və yeri 2025-ci il yanvarın 3-də açıqlanacaq.

Xatırladaq ki, oktyabrın sonunda parlamentdə Ağazaryanla İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan arasında söz davası baş verib və az qala davaya çatıb. Bundan az sonra Kyaramyan vəzifəsindən azad edilib. Mübahisəyə qatılan deputat Narek Zeynalyan da istefa verib. Ağazaryan bundan imtina edib. O, “Mülki müqavilə”dən çıxarılandan sonra müstəqil deputat olub.

Öz növbəsində baş nazir Nikol Paşinyan bildirib ki, qanunda nəzərdə tutulmuş bütün mexanizmlərdən istifadə etməklə Ağazaryanı deputat mandatından məhrum etmək lazımdır.

Hökumət başçısının sözlərinə görə, Ağazaryan dövlət təhlükəsizliyi və əks-kəşfiyyatla bağlı məlumatların ötürülməsində iştirak edib. Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən “Sputnik Ermənistan”a verilən məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 427-ci (dövlət sirrini ehtiva edən məlumatların dərc edilməsi) maddəsi ilə cinayət işi başlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Dekabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri