Icma.az
close
up
RU
Deputat: Paşinyanın fəaliyyəti də erməni kilsəsindən fərqlənmir

Deputat: Paşinyanın fəaliyyəti də erməni kilsəsindən fərqlənmir

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Müstəqillik qazanandan bəri Ermənistanı milli hökumətləri yox, xaricdəki erməni diaspor dairələri, bir neçə xarici dövlət, o cümlədən Erməni Apostol Kilsəsi idarə edib. Bütün əsas məsələlər, dövlət strategiyası, Qarabağ məsələsi bu üç mərkəz tərəfindən müzakirə edilib və onlar milli hökuməti öz səylərinə uyğun hərəkət etməyə məcbur ediblər. İndi isə Paşinyan çalışır ki, bu gün Ermənistanda özü vahid hakimiyyət olsun".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Ermənistanda hökumətlə kilsə arasındakı münasibətlərin gərginləşməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyanın da bir çox məsələlərdə fəaliyyət istiqamətləri adıçəkilən dairələrdən heç də fərqlənmir:

"Amma bu gün ilk növbədə Ermənistanın daxili-xarici siyasətini müəyyənləşdirən mərkəz kimi, o, öz kabinetini görmək istəyir. Bu baxımdan, kilsə ilə mübarizə onu siyasi həyatdan uzaqlaşdıraraq, sırf dini çərçivəyə salıb. Lakin məlum deyil ki, bundan sonra Paşinyan hökuməti nə dərəcədə beynəlxalq hüquq normalarına uyğun ölkənin inkişafının prioritetlərində obyektiv mövqe tutacaq".

"Eyni zamanda, yüz illərdir ki, özünü erməni cəmiyyətinin lideri kimi aparan Erməni Apostol Kilsəsinin katolikosunu dəyişdikdən sonra Paşinyanın özünün hansı siyasət yeridəcəyi məlum deyil. Erməni millətçiliyinin əsas bazası məhz erməni kilsəsi olub. Demək olar ki, ermənilərə aid olan bütün məsələlərdə qriqoryan kilsəsi özünü dini mərkəz kimi deyil, hərbi-siyasi qüvvə kimi aparıb. Bir çox hallarda da hökumətin yerinə qərar qəbul etməyə nail olub", - müsahibimiz vurğulayıb.

Millət vəkili əlavə edib ki, Azərbaycan torpaqlarının işğalında da əsas ideoloqlardan biri məhz Erməni Apostol Kilsəsi olub:

"Həmin dövrə aid yayılan video və fotogörüntülərdə də erməni keşişlərin əllərində silahla Azərbaycan torpaqlarının işğalında iştirak etdikləri sübuta yetirilib. Ona görə də Paşinyanın qriqoryan kilsəsini dini çərçivələrdən kənara çıxmağa qoymaması nə dərəcədə mümkün olacaq, bunu demək çətindir. Ancaq Paşinyan hətta buna nail olsa belə, onun kilsənin dəst-xəttini davam etdirməyəcəyi də sual doğurur. Hər halda, bütün bunlar erməni siyasətinin daxili məsələləridir, amma Azərbaycan üçün əsas olan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsi və özünü normal qonşu kimi aparmasıdır".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyul 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri