Deputat: Prezidentin BƏƏ yə davamlı səfərləri strateji xarakter daşıyır
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərimiz yeni mərhələyə qədəm qoyub. Artıq cənab Prezidentin BƏƏ-yə davamlı səfərlər etməsi əməkdaşlığın strateji xarakter daşıdığını göstərir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin Əbu-Dabi səfərini şərh edərkən deyib.
O bildirib ki, qarşılıqlı səfərlər intensiv xarakter alıb: "BƏƏ-nin prezidenti artıq bir neçə dəfə Bakıya və Şuşaya səfər edib. Ölkələrimiz arasında investisiyalar genişlənir və qarşılıqlı yatırımlar artır.
Siyasi və mədəni sahələrdə əməkdaşlıqla yanaşı, ölkələr hərbi sahədə də sıx əlaqələr qururlar. Əvvəllər Azərbaycan bu cür birgə hərbi təlimləri Türkiyə ilə keçirirdisə, indi BƏƏ ilə keçirir. Bu təlimlərin həm önəmi, həm də əhəmiyyəti böyükdür", - deyə o bildirib.
C.Məmmədov əlavə edib ki, hər iki dövlət sürətlə inkişaf edir:
"Silahlı qüvvələr arasında qurulan bu əməkdaşlıq ölkələr arasında operativ əlaqələri gücləndirir və hər iki ordunun möhkəmlənməsinə töhfə verir. Bu gün Azərbaycan ordusu regionun ən güclü ordularından biridir, BƏƏ ordusu haqqında da eyni sözləri demək mümkündür. Bu əməkdaşlıq münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək. Ümumilikdə demək olar ki, Azərbaycan-BƏƏ münasibətləri inkişaf edir, əlaqələr günbəgün güclənir və burada ölkə liderlərinin rolu böyükdür. Bu prosesdə siyasi iradənin həlledici əhəmiyyəti xüsusilə qeyd edilməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 03 Fevral 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















