“Prezidentin çıxışı olduqca vacib, strateji məsələləri ehtiva etdi” Deputat
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
“Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı çox önəmli, mühüm məsələlərə toxundu. Hər zaman olduğu kimi, bu dəfə də dövlət başçısının nitqi konseptual xarakter daşıyırdı və özündə olduqca vacib, strateji məsələləri ehtiva edirdi”.
Bu barədə 525.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat deyib ki, Prezidentin nitqi Azərbaycanın mövqeyinin dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyırdı:
“Cənab Prezident Qarabağ münaqişəsinin həllindən danışdı. Təəssüflə qeyd etmək lazımdır ki, 30 ilə yaxın müddət ərzində münaqişənin həlli istiqamətində heç bir addım atılmadı və Azərbaycan ikili standartlarla, ədalətsizlik və beynəlxalq hüququn selektiv tətbiqi ilə üzləşdi. Bu, özünü hər zaman göstərirdi. Dövlət başçısı bu məsələyə növbəti dəfə çox ciddi bir şəkildə toxundu və Azərbaycan özünün 30 il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yekunda icra etdiyini diqqətə çatdırdı. Yəni dünya birliyi beynəlxalq hüququn pozulmasına göz yumdu. Nəticədə Azərbaycan həmin qətnamələrin icrasını təmin etmək üçün addımlar atmalı oldu. Cənab Prezident bu məsələyə çox ciddi şəkildə toxunaraq bir daha beynəlxalq hüququn norma və prinsiplərinin təmin edilməsinin vacibliyini diqqətə çatdırdı”.
Ceyhun Məmmədov deyib ki, digər mühüm məqamlardan biri Azərbaycanın bu gün Qarabağda həyata keçirdiyi genişmiqyaslı quruculuq və abadlıq işləridir: “Bu işlər öz miqyasına və əhəmiyyətinə görə unikal nümunə olmaqla yanaşı, Azərbaycanın qələbəsinin böyüklüyünü, möhtəşəmliyini, əzəmətini və tarixi əhəmiyyətini də nümayiş etdirir.
Prezident, həmçinin dialoqun əhəmiyyətini, onun vacibliyini, gətirə biləcəyi üstünlükləri, yaratdığı imkanları və müxtəlif məsələlərin həllinə verə biləcəyi töhfəni xüsusi vurğuladı. Bu yanaşma bir daha göstərir ki, dialoq qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və ümumi problemlərin həlli baxımından mühüm vasitədir. Hesab edirəm ki, bu, da çox önəmli məsələdir və xüsusi olaraq qiymətləndirilməlidir”.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 27 Oktyabr 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















